mobil versiya

Yaponların uzun ömür yaşamasının sirri açılıb



Yaponların orqanizmində uzun ömür üçün cavabdeh olan bir sıra bakteriyalar aşkar edilib.

Bu barədə “Nature Microbiology” jurnalı məlumat verib. Bununla bağlı Kopenhagen Universitetinin alimləri tədqiqat aparıb.
Sən demə, uzunömürlülüyün sirri bütün bu müddət ərzində mədəmizin içində imiş.
Bəşəriyyət ölümsüzlüyün müalicəsi haqqında düşündüyü vaxtdan bəri yaponların uzun ömür yaşaması bütün dünyanı maraqlandırır. Alimlər uzunömürlülüyün mənbəyini onların bədənində axtarmaq qərarına gəliblər.
Tədqiqatçılar yüz ildən çox yaşamış 176 sağlam yaponu tədqiq edərək, onların hamısının mədə-bağırsağında müəyyən bir bakteriya və virus qarışığının olduğunu aşkar ediblər. Mədədə olan bu qarışıq patogenlərə qarşı davamlı edən tamamilə yeni molekullar istehsal edir. Tədqiqatçıların məntiqi isə sadədir: Uzunömürlülərin bağırsaqları infeksiyalardan daha yaxşı qorunur, yəqin ki, onların digərlərindən daha uzun yaşamasının səbəblərindən biri də budur.
Öz fərziyyələrini yoxlamaq üçün komanda bu qocaların bağırsaq bakteriyası və bakterial viruslarının xəritəsini çıxarmaq üçün bir alqoritm hazırlayıb. Daha sonra bu nəticələri 18-60 yaşlı insanların göstəriciləri ilə müqayisə ediblər. Məlum olub ki, bu uzun ömürlü qocalar həm bakteriya, həm də bakterial virusların bioloji müxtəlifliyinə malikdirlər. Bu, öz növbəsində, bağırsaq mikrobiomunun daha sağlam olduğunu göstərir.
“Nature Microbiology” jurnalında dərc edilən araşdırmada deyilir ki, bu uzunömürlü insanlar selikli qişanın bütövlüyünü və patobiontlara qarşı müqaviməti saxlaya bilən mikrob hidrogen sulfidini nümayiş etdiriblər.
İnsanların genetik meylini dəyişdirmək qeyri-mümkündür.  Tədqiqatçılar hesab edir ki,  “uzun ömür” qarışığı daxil etməklə bağırsaq biomunu dəyişdirmək mümkündür.
Bizə “həyat iksiri” olmadığından uzunömürülü olmaq, daha uzun müddət formada qalmağa kömək edən sevimli məşqlərə qoşulmaq mümkündür.

MARAQLI / KARUSEL
Tarix: 8-06-2023, 09:26