mobil versiya

Aygün Bəylər "kişiləşməsinin" səbəbini açıqladı - VİDEO



Kişi kimi geyinən, kişi kimi danışan və hətta kişi hərəkətləri ilə seçilən Əməkdar artist Aygün Bəylər kişiləşməsinin səbəbini açıqlayıb.

Xanım həmkarları kimi bəzənib-düzənməyən, özünə sığal çəkməyən ifaçı sənətinə görə bu imicdə olduğu və sonradan bu imicin həyat tərzinə çevrildiyini bildirib:

"Ömrümü-günümü bu sənətə qurban verdim. Kişi kimi başıma papaq qoydum, qadınlığım yadımdan çıxdı. Hazırda sənətdə olmağımda heç bir problem yoxdur, amma bundan öncəki vaxtda bu imic mənim üçün çox vacib idi. 

Bəlkə də populyarlıq üçün lazım idi, bilmirəm. Yeni bir imic idi, amma sonra bu imic mənim həyat tərzimə döndü. Düşündüm ki, əgər xalq məni belə tanıyıb, belə qəbul edibsə, belə də qalım.

Bir aralar saçımı uzadıb, makiyaj etdim, tamaşaçılar məni görəndə deyirdilər ki, sizə belə yaraşmır. Biz səni kişi görmüşük, elə də görmək istəyirik. Mən də xanımlığımı xalqa qurban verdim, kişi kimi oldum".



MARAQLI / KARUSEL / MƏDƏNİYYƏT / VİDEOXƏBƏR
Baxılıb: 250 Tarix: 28-04-2020, 16:27


Şərh bildir
yenilə, əgər kod görünmürsə