Millət vəkili fələstinli nazirlə görüşdə tənqidlər səsləndirdi

Fələstinin İnformasiya nazirinin müavini Mahmud Xəlifə İraq Jurnalistlər İttifaqının Bağdadda təşkil etdiyi beynəlxalq tədbir çərçivəsində millət vəkili Qənirə Paşayeva ilə görüşüb.

Nazir müavini hər zaman Fələstinlə bağlı məsələlərdə göstərdiyi dəstəyə görə Azərbaycana təşəkkürünü bildirib və fələstinlilərin bunu çox yüksək qiymətləndirdiyini deyib.

Azərbaycanın hər zaman müsəlman ölkələri ilə bağlı məsələlərə həssas yanaşdığın deyən millət vəkili ölkəmizin islam həmrəyliyi sahəsində gördüyü işlərdən danışıb.

Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etdiyi, Xocalı soyqırımını törətdiyi, 1 milyon azərbaycanlının qaçqın və məcburi köçkün düşdüyü dövrlərdə Azərbaycana müsəlman dünyasından yetərli dəstək verilməməsindən böyük üzüntü duyduğunu deyən millət vəkili Dağlıq Qarabağ problemi ilə bağlı geniş məlumat verib.

Q.Paşayeva bəzi müsəlman ölkələrinin işğalçı Ermənistanla əməkdaşlıq etməsinin, işğalçı ölkə ilə əlaqələri daha da genişləndirməsinin ciddi təəssüf doğurduğunu vurğulayıb.

“Bu yanaşmaya son qoyulmalıdır. Bölgədə baş verən proseslər fonunda müsəlman ölkələr bir-birinə daha çox dəstək verməlidir”.

Shares
fullhd izle yerli film izle game of thrones 8.sezon izle