Mövlud Çavuşoğlu:”Venesuelada vətəndaş müharibəsi ehtimalı var”

“Venesuelanın daxili işlərinə kənardan müdaxilələr bu ölkədə vətəndaş müharibəsinə gətirib çıxara bilər”.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Avropa Parlamentinin bu günlərdə Venesuela müxalifətinin lideri, Milli Asambleya sədri Xuan Quaidonu ölkənin prezidenti kimi tanıdığını açıqlamasını şərh edərkən bildirib.

Avropa İttifaqı üzv ölkələri xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündə iştirak etmək üçün Buxarestə gələn M.Çavuşoğlu məsələyə münasibət bildirərkən deyib:“Xarici müdaxilələr məsələni həll etməz, vətəndaş müharibəsinə səbəb ola bilər”.

Xatırladaq ki, ötən gün Avropa Parlamenti Avropa İttifaqı ölkələrini Venesuela müxalifətinin lideri Xuan Quaidonu ölkənin qanuni prezidenti kimi tanımağa çağıran qətnaməni səs çoxluğu ilə qəbul etmuişdi.(Report)

Shares
fullhd izle yerli film izle game of thrones 8.sezon izle