Nazir: “Azərbaycan 2021-ci ildə qaz hasilatını 45 mlrd. kubmetrə çatdıracaq”

Azərbaycan 2021-ci ildə qaz hasilatını 45 mlrd. kubmetrə çatdıracaq. ONA-ın xəbərinə görə, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov SOCAR-ın IV Beynalxalq “Xəzər və Mərkəzi Asiya:Ticarət, Iogistika, Neft emalı, Neft-kimya” forumunda soyləyib.

Onun sözlərinə görə, gələcək illərdə “Abşeron”, “Qarabağ”, “Ümid-Babək” və başqa yataqların inkişafı və işlənilməsi qaz hasilatını artırmağa imkan vetəcək.

Nazir onu da bildirib ki, bu ilin birinci rübündə hasil edilən 9,1 mlrd. kubmetr qazın 4,3 mlrd. kubmetri “Şahdəniz” yatağının payına düşüb. Bundan başqa, yanvar-mart aylarında yataqdan 1 mln. ton kondensat hasil edilib. Ümumiyyətlə, aprelin 1-nə yataqdan 104 mlrd. kubmetr qaz və 25,1 mln. ton kondensat hasil edilib. Yataqda hasil edilən qazın 69,7 mlrd. kubmetri ixrac edilib. P. Şahbazov bildirib ki, aprelin 1-nə Trans-Anadolu kəməri ilə Türkiyəyə 1,5 mld. kubmetr qaz nəql edilib.

Shares
fullhd izle yerli film izle game of thrones 8.sezon izle