“Neftçi”nin yeni sponsorunun sahibi kimdir? – SOCAR-dan gələn pullar kəsilir?

Azərbaycanın Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Mikayıl İsmayılovun vəzifəsindən kənarlaşdırılması ilə bağlı xəbərlər yayılıb.

Reportyor.az  xəbər verir ki, onun fəaliyyətində çoxsaylı pozuntular və mənimsəmələr aşkar edildiyi iddia olunur.

Xəbər təsdiqini tapacağı halda, onun postundan uzaqlaşdırılması Azərbaycan futbolundan da bir müddət təsirsiz ötüşməyə bilər. Məsələ burasındadır ki, Mikayıl İsmayılov SOCAR-dan həm AFFA-ya, həm də “Neftçi”yə ayrılan büdcəyə nəzarət edən şəxsdir. Belə olan halda qurumun və klubun aqibətinin necə olacağı sual altındadır.

Digər bir maraqlı məqam isə ondan ibarətdir ki, “Neftçi” futbol klubu bu gün “Meqa Sığorta” ilə sponsorluq müqaviləsi bağlayıb. Əldə etdiyimiz məlumata görə, adıçəkilən sığorta şirkəti də Mikayıl İsmayılovundur. Belə olan halda görəsən, “Meqa Sığorta” “Neftçi”ni necə sığortalayacaq?

Qeyd edək ki, Mikayıl İsmayılovun nəzarətində olan şirkətlər bununla bitmir. Məşhur “Hollivud” restoranı və “Az-Qranata” da məhz İsmayılova məxsusdur.

Shares