Norveçli modelyer Türkiyədəki moda günlərində Qarabağ həqiqətlərini də “sərgilədi”

Türkiyədə “Antalya Fashion Week 2019” adı altında keçirilən moda günlərində Norveçdə yaşayan əslən azərbaycanlı modelyer Şervin Nəcəfpurun “I‘m a Star” kolleksiyası nümayiş olunub. Türkiyə mediasının geniş işıqlandırdığı dəfilə böyük marağa səbəb olub. “I‘m a Star” kolleksiyasında modellərin çıxışı zamanı arxa fonda Azərbaycanın ərazi bütövlüyünü, eləcə də işğal olunmuş şəhərlərinin adlarını diqqətə çatdıran “I’m a star in Khojaly” , “I’m a star in Shusha” və s. kimi yazılar yayımlanıb. Nümayişin əsas ulduz modeli, “Mister Azerbaijan” və “Best Model” müsabiqələrinin qalibi Şakir Əhmədzadə podiuma “I’m a star in Karabakh” şüarı ilə çıxıb.
Kolleksiyanın kristal daşlardan ibarət taclarını dizayner Gülnar Məmmədova hazırlayıb. Ənənəvi olaraq hər il keçirilən “Antalya Fashion Week” dəfiləsinin təşkilatçısı Eda Meltem Yılmazdır.
Kolleksiyanın ideyasını və nümayiş olunan geyimləri moda tənqidçiləri, dəb bloqqerləri maraqla qarşılayıblar.
Qeyd edək ki, Şervin Nəcəfpur Norveçin bir çox məşhur ulduzlarının, eləcə də, kral ailəsinin geyimlərini hazırlayan ən bahalı modelyerlərdən biridir. O, eyni zamanda “Azərbaycan Diaspor Gəncləri” təşkilatının Norveç üzrə koordinatorudur.

 

Elnur Eltürk

Shares
fullhd izle yerli film izle game of thrones 8.sezon izle