Oleq Kuznetsov DTX-nın fəxri medalına layiq görüldü

Aprelin 3-də tanınmış qafqazşünas, tarixçi alim, politoloq, tərcüməçi, pedaqoq, publisist və ixtiraçı, Qafqaz Strateji Tədqiqatlar İnstitutunun “Kavkaz & Qlobalizasiya” adlı beynəlxalq sosial-iqtisadi və siyasi tədqiqatlar jurnalının redaksiya heyətinin üzvü, erməni terrorizmini dünyaya sübut edən, Azərbaycanın haqq səsini dünyaya çatdıran rusiyalı siyasətçi Oleq Yuryeviç Kuznetsov “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi və Xarici Kəşfiyyat Orqanlarının 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunub.

Reportyor.az  xəbər verir ki, Oleq Yuryeviç Kuznetsov 22 aprel 1971-ci ildə Tula şəhərində anadan olub. O, 1992-ci ildə Orlov Dövlət Universitetinin tarix fakültəsini, 2004-cü ildə isə Moskva Dövlət Hüquq Akademiyasının hüquqşünaslıq fakültəsini fərqlənmə ilə bitirib. 1996-cı ildə Kursk Dövlət Universitetində “Vətən tarixi” sahəsi üzrə dissertasiya müdafiə edərək, tarix elmləri namizədi olub.

Oleq Kuznetsov “Bütün bəşəriyyəti Xocalı soyqırımının tanınması ilə bağlı petisiyanı dəstəkləməyə çağırıram” kimi addımları ilə, apardığı tarixi araşdırmaları, sənədlərə – tarixi faktlara söykənən, həqiqəti əks etdirən, ermənilərin iç üzünü açan kitabı ilə Azərbaycanın haqq səsini dünyaya bəyan edən şəxsdir. O, tarixi həqiqətləri bəyan edən sənədlərə, araşdırmalara görə ermənilərin təqib və nifrətini özünə yönəldən bir tarixçi-araşdırmaçıdır. Oleq Yuryeviç Kuznetsov illərlə ermənilərin onu təqib etməsinə, dəfələrlə haqsız məhkəmə çəkişmələrinə cəlb edilməsinə baxmayaraq, tutduğu həqiqət, ədalət yolundan bir addım da olsun geri çəkilməyib. Oleq Kuznetsov 160-dan çox elmi işin, o cümlədən 8 monoqrafiyanın, ali məktəblər üçün 3 dərs vəsaitinin müəllifidir. Onun bir çox yazıları və monoqrafiyaları ingilis, alman, fransız, türk və azərbaycan dillərinə tərcümə olunub. Alim hazırda Kursk Dövlət Universitetinin elmi işlər üzrə prorektoru, eyni zamanda Moskva və Tulanın ali təhsil ocaqlarında elmi araşdırıcısı kimi fəaliyyət göstərir.

Xatırladaq ki, Azərbaycanda ilk dəfə o, “Təzadlar” qəzetinin dəvətini qəbul edərək redaksiyaya gəlib və geniş video-müsahibə verib, eyni zamanda İctimai Nəzarət Koalisiyasında geniş tərkibdə görüşü olub, sualları cavablandırıb. Görüşün sonunda isə ona Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi və İctimai Nəzarət Koalisiyasının üzvü olması barədə fəxri üzvlük vəsiqəsi təqdim edilib.

Onu da qeyd edək ki, Dövlət Təhlükəzsizlik Xidmətinin rəisi general-polkovnik Mədət Quliyevin imzaladığı “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi və Xarici Kəşfiyyat Orqanlarının 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilən Oleq Kuznetsov martın 30-da Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi (DAMM) və İctimai Nəzarət Koalisiyasının (İNK) rəhbər heyəti, fəallar, tanınmış ziyalılar, hərbçilər, eləcə də “Təzadlar” qəzetinin kollektivi və digərləri ilə “31 mart Azərbaycanlıların soyqırımı”nın 101-ci ili ilə əlaqədar olaraq Şəhidlər Xiyabanını ziyarət edib.

“Əbədi məşəl” abidəsinin önündə İNK sədri Rasim Məmmədov alim Oleq Yuryeviç Kuznetsovu ziyarətçilərə təqdim edərək, onun DAMM-nin təsis etdiyi “Əbədi lider” Qızıl döş nişanı və diplomla təltif olunduğunu bildirib. Elə “Əbədi məşəl” qarşısında Oleq Kuznetsova qızıl döş nişanı və diplom təqdim edilib. Diplomu Xalq artisti Flora Kərimova, “Əbədi lider” qızıl döş nişanını isə general-mayor Fəxrəddin Cəbrayılov təqdim edib.

Elşən KƏNAN

Oleq Kuznetsov DTX-nın fəxri medalına layiq görüldü

Oleq Kuznetsov DTX-nın fəxri medalına layiq görüldü

Oleq Kuznetsov DTX-nın fəxri medalına layiq görüldü

Oleq Kuznetsov DTX-nın fəxri medalına layiq görüldü

Oleq Kuznetsov DTX-nın fəxri medalına layiq görüldü

Oleq Kuznetsov DTX-nın fəxri medalına layiq görüldü

Oleq Kuznetsov DTX-nın fəxri medalına layiq görüldü

Oleq Kuznetsov DTX-nın fəxri medalına layiq görüldü

 

Shares
fullhd izle yerli film izle game of thrones 8.sezon izle