Oruc tutanda halsız qalmamaq üçün 7 MƏSLƏHƏT

Oruc tutarkən 16 saat boyunca davam edən aclıq zamanı bədənin enerji ehtiyatını sərf eləməsi və iftardan sahura qədər yalnış qida seçmi gün ərzində insanın özünü daha halsız və yorğun hiss eləməsinə səbəb olur. Türk həkim Ceyda Nur Çakın, oruc tutarkən özünü gün ərzində daha enerjili hiss eləmək üçün aşağıdakı məsləhətləri verib:

1. Sahuru təxirə salmayın. Uzunmüddətli toxluq hissi üçün yumurta, süd və pendir kimi proteinlərlə yanaşı, kəpəkli buğda çörəyi, yulaf, B qrupu vitaminləri və liflərlə zəngin qidalar qəbul edin. Badam, qoz, fıstıq kimi maqneziumla zəngin quru meyvələr faydalı yağ turşuları üçün də mühüm bir mənbədir. Çiy tərəvəz və göyərtiyə üstünlük verin. Sahurda meyvə yemək C vitamini qəbul eləmək baxımından mühümdür. Çiy meyvə-tərəvəzin təkibində suyun çox olması gündəlik maye qəbuluna dəstək olacaq.

2. Lazımi miqdarda maye qəbul edin. İnsan bədəninin təqribən 60 faizi sudan ibarətdir. Suyun cəmi 3 faizinin itirilməsi belə fiziki cəhətdən insanı zəiflədir. Havalar isindikcə tərləmənin artması da oruc tutanların su ehtiyacını artırır.

Orucu 1 stəkan su ilə açmaq, şəkərsiz kompotlar içmək, duru yeməklər, meyvə-tərəvəz yemək maye qəbuluna kömək edəcək.

Çay və qəhvə kimi kofeinli içkilər bədəndən mayeni qovduğu üçün az istifadə edilməlidir. Ən azı 8-10 stəkan su içməyə çalışmaq lazımdır.

3. Yeməklərinizi fasilələrlə yeyin. Orucu su və 1 kasa şorba ilə açdıqdan sonra 15 dəqiqə dincəlmək həzmə kömək edəcəkdir. Üst-üstə, az çeynəyərək yediyiniz yeməklər yeməkdən sonra yuxulama və yorğunluq hissinə səbəb ola bilər. İftar ilə sahur arasında 2 dəfə süfrə arxasına keçərək meyvə, yağlı quru meyvələr, qatıq (həmçinin yoğurt və kefir) yeməklə, gündəlik qida ehtiyacınızı nizamlı şəkildə ödəyə bilərsiniz.

4. Aralıq tipli qidalanmaya üstünlük verin. Doymamış yağlar (zeytun yağı, badam, fındıq, qoz kimi), meyvə-tərəvəz, paxlalı bitkilər, balıq və süd məhsullarını əsas götürən Aralıq dənizi tipli qidalanma yetərincə vitamin-mineral, lif və sağlamlığa faydalı yağ turşusu almaq üçün faydalıdır. İftarda süfrənizdə çiy və bişmiş tərəvəzlərlə yanaşı, həftədə ən azı 2 gün quru paxlalılardan ibarət yeməklər və ya salatlar yeməklə, sahurda və iftardan sonrakı qəlyanaltılarda meyvə və quru meyvələr, imkan daxilində yağsız ətlərlə qidalanmaqla özünüzü daha enerjili hiss edə bilərsiniz.

5. İşlənmiş məhsullardan və adi şəkərdən uzaq olun. Sosiska-kolbasa kimi işlənmiş məhsulların tərkibindəki yağ və duz tərkibinə görə, onlardan sahurda istifadə edilən zaman gün ərzində saha çox su içmək ehtiyacı yaradacaqdır. Bununla birlikdə, şəkər və şəkər əlavəli məhsullar qan şəkərinizi sürətlə artırıb qəflətən düşməsinə səbəb olacaqdır. Qan şəkərinin qəfil azalması isə konsentrasiya pozğunluğu, yorğunluq və yuxluluq kimi gündəlik həyata mənfi təsir göstərən nəticələr doğurmaqdadır.

6. Hərəkətinizi artırın. Fiziki fəallıq zamanı serotonin və endorfin hormonlarının artması müsbət ovqat və gecə yuxusu üçün çox faydalıdır. Məsələn, iftardan 1 saat sonra 45-50 dəqiqəlik orta tepmli qaçış həsmi asanlaşdıracaq, özünüzü daha gümrah hiss eləməyinizə, daha yaxşı yatmağınıza kömək edəcəkdir.

7. Bağırsağın sağlamlığına diqqət edin. Xüsusilə orucluğun ilk günlərində dəyişən qidalanma nizamı ilə maye və lif çatışmazlığı yaranır. Bu isə qəbizliyə, şişkinliyə və narahatlığa səbəb ola bilər. Qəbizliyin qarşısını almaq üçün sağlam bir bağırsaq mikroflorasının olması çox mühümdür.Bağırsaqda yerləşən və probiotik adlanan faydalı mikroorqanizmlər mikrofloranı yaradır. Bu mikroflora xüsusilə də serotonin kimi əhvalı yaxşılaşdıran hormonların yaranmasında böyük rol oynayır. Sağlam mikroflora üçün kefir kimi probiotik tərkibli ərzaqlardan müntəzəm şəkildə istifadə edilməli, Aralıq dənizi tipli qidalanmaya üstünlük verilməlidir.

Shares
fullhd izle yerli film izle game of thrones 8.sezon izle