PREZİDENT RUHANİ MOLLALARIN CİBİNİ KƏSİR

Din xadimləri dövlətdən pul ala-ala müstəqil ola bilərmi?

Ruhullah Fəqihi

“Əl-Monitor”, 01.02.2019

 

Hökumətin büdcə ayırmalarını əhəmiyyətli dərəcədə azaltması ucbatından İranın dini tədris məkanları gələn il (21 mart 2019-cu ildən başlayır) böyük çətinliklərlə üzləşəcək.

Müxtəlif təşkilatlar və mədrəsələr (hövzələr) hökumətdən dini təbliğ etmək və din xadimlərini yetişdirmək üçün pul alır. Administrasiyanın Məclisə təqdim etdiyi büdcə layihəsində isə dini qurumlar və hövzələr illik büdcələrində ciddi azalma ilə üzləşiblər. Məsələn, hökumət gələn il üçün Qum hövzəsinin Ali Şurasına 3,063 trilyon rial (72,86 milyon dollar) ayırıb. Müqayisə: (20 martda bitən) cari ildə Şura 4,45 trilyon rial (105,9 milyon dollar) almışdı.

Ölkənin bütün mədrəsələrinə nəzarət edən Ayətullah Əli Rza Aarafi deyib: “Hövzələr iqtisadi cəhətdən pis vəziyyətdədir. Ötən illə müqayisədə mədrəsələrin büdcələri üçdə bir qədər azalıb”.

Mötədil prezident Həsən Ruhaninin aministrasiyası qənaətdən başqa, dini qurumların maliyyələşdirilməsini böyük miqdarda azaltmaqla, müəyyən məqsəd güdürmü, – aydın deyil. Bununla belə, Ruhani hövzələrin büdcələrini azaltmaq üçün bəhanə kimi ABŞ sanksiyalarının təkrarlanması ilə bundan iqtisadi təzyiq kimi istifadə edə bilər.

Xatırladaq ki, dini qurumlara büdcədən ayırmalar əvvəllər açıqlanmırdı, 2017-ci ilin dekabrında bu barədə sızmalar kütləvi narazılıq doğurmuşdu.

2013-cü ildə iqidara gələndən, Ruhani hökumətin büdcəsini misli görünməmiş tədbirlərlə mümkün qədər şəffaf hala gətirməyə çalışır. İran xalqı hansı təşkilatların necə maliyyələşdirilməsindən az-çox xəbərdar olur və bu məsələ ilə bağlı hesabatlara da daha çox həssaslıq göstərir.

2018-ci ilin əvvəlində bir çox iranlı sosial şəbəkələrdə hövzələr və dini qurumlara ayrılan büdcələrdən narazılıqlarını bildirmişdi. İctimaiyyəti xüsusilə hiddətlənən faydalı iş əmsalı çox az olan dini qurumlara verilən maliyyə yardımı idi. İmam Xomeyni Elmi-Tədqiqat İnstitutu bu təşkilalardan biridir. Maraqlıdır ki, bu təşkilatı Ruhani və İranın sərt tənzimçiər düşərgəsinin mənəvi lideri Ayətullah Məhəmməd Təqi Misbah Yəzdi idarə edir.

Dekabrın sonlarında Tehran Universitetində çıxış edən İran prezidentinin mədəniyyət müşaviri ölkənin illik büdcəsini nəzərdən keçirmək üçün tələbələri seminarlar təşkil etməyə çağırıb. Hüsaməddin Aşna deyib: “Büdcənin hər bir sətrinin arxasında bir qəbilə durur… Hətta adlarını eşitmədiyiniz min qurum var ki, onların pulunu kəsmək istədikdə, ölkənin bütün büdcəsini girov götürürlər”.

Hövzələr iki ana kanaldan pul alır: hökumət və böyük ayətullahlar.

Hər bir dindar əldə etdiyi mal-dövlətin, o cümlədən biznes gəlirlərinin beşdə birini ayətullahlara ödəyir. Xüms ödənişi şiəlikdə dini öhdəlikdir. İslam fiqhinə əsasən, böyük ayətullahlar İslamı təbliğ etmək və yoxsul seyyidlərə kömək etmək üçün bu gəlirləri sərf etməyə borcludurlar. Böyük ayətullahlar (Ayətllahül-üzma – red.) yığılmış xümsü hövzələr, tələbələr və müəllimlərə aylıq təqaüdlər (“şəhriyyə”) verirlər. Bununla yanaşı, onlar dindarlardan əksər hallarda yoxsul ailələrə yönəldilmiş xüsusi vəsait – nəzir toplayılar.

İranda mədrəsələrin necə idarə olunması haqqında iki fikir mövuddur.

Bəzilərinin fikrincə, mədrəsələr dövlətdən müstəqil olmalı və gənc tələbələr yalnız böyük ayətullahların ayırdığı vasaitlə maliyyələşdirilməlidir. Bu rəy açıq şəkildə dövlətə yaxınlığı ilə tanınan Ayətullah Nasir Məkarim Şirazi tərəfindən bildirilib. Hələ keçən ilin avqustda o deyib: “Hövzələr müstəqil olmalıdır, çünki hökumətdən asılılıq onlara mənfi təsir göstərir”.

Bu cür çağırışların arxasında duran səbəblər, dekabr ayında mötədil din xadimi Məhəmməd Mühacirinin rəhbərli etdiyi nüfuzlu “Cümhuri-ye İslami” qəzetində təqdir olunub: “Şübhə yoxdur ki, hövzələr və əlaqəli təşkilatlar yalnız öz büdcələri hesabına müstəqilliyini qoruya bilər”.

Hövzələrin maliyyə cəhətdən dövlətdən asılılığını “böyük təhlükə” kimi səciyyələndirən “Cümhuri-ye İslami” vurğulayıb ki, “insanlar tədricən mədrəsələrlə əlaqələrini kəsəcək və gün gələcək, xalq hövzələrə maliyyə ayrılmasına zərurət olmadığını hiss edəcək. Belə bir şəraitdə mədrəsələrə min illik ictimai maddi dəstək ənənənəsi yoxa çıxacaq və öz müstəqilliyinə güvənərək istibdada müqavimət göstərən mühüm bir təşkilat varlığının fəlsəfəsini itirəcək”.

Qeyd edək ki, xüms əsrlər boyu, o cümlədən İraqda Osmanlı hakimiyyəti və ya İranda Pəhləvi dövründə şiə ruhanilərin hakimiyyətin aləti olmamasının əsas səbəbidir.

Birinci qrupdan fərqli olaraq, hövzələrin müstəqilliyini qoruyarkən, hökumət yardımı almalı olduğunu iddia edənlər var. Qum ruhanisi Ayətullah Möhsün Qərəvian “əl-Monitor”a bildirib: “Bir sıra din xadimləri güman edir ki, hövzələrin hökumətdən illik büdcə alma hüququ var, çünki büdcə milli gəlirdir. Məncə, mədrəsələr hökumətdən pul almalı, lakin həm də müstəqilliyini qoruyub saxlamalıdır. Eyni zamanda, din xadimləri hökuməti tənqid etməyə davam etməlidirlər”.

Bu görüşə sahib olanlar birinci qrupun arzularının real olmadığını düşünürlər. Yeni din xadimlərinin sayının azalması və mollaların müstəqilliyinin saxlanılmasıdan şikayətlər eşidilərkən, tanınmış din xadimi və Qum hövzəsi Ali Şurasının üzvü Ayətulla Rza Ostadi yanvarın 13-də bildirib ki, şəhriyyənin miqdarı ruhanilərin dolanışı üçün kifayət qədər deyil. Daha sonra o, böyük ayətullahları problemlərə dair həll təkliflərini irəli sürməyə və mədrəsələrin dövlətdən pul almalı olub-olmadığına aid rəylərini açıqlamağa çağırıb.

Bu arada, mənzərə daha da aydınlaşır: ölkənin ağır iqtisadi vəziyyəti nəzərə alınmaqla, hövzələr onlara verilmiş büdcələri qəbul etməlidirlər. Ancaq dəyişiklik müsbət də ola bilər, çünki bu, dövlətdən asılı olmayaraq mövcud olma və inkişaf üçün bir sınaqdır.

Tərcümə: Strateq.az

Shares
fullhd izle yerli film izle game of thrones 8.sezon izle