PUTININ ILLIK MƏTBUAT KONFRANSI BAŞLADI

Rekord sayda jurnalist var – 1702 nəfər+VİDEO (YENİLƏNİR)

Məlumata görə, mətbuat konfransı 3 saat davam edəcək. Ən uzun mətbuat konfransı 2008-ci ildə olmuşdu. Həmin vaxt Putin 4 saat 40 dəqiqə suallara cavab vermişdi.

Putin zalda əyləşən KİV nümayəndələrinə müraciət edərək hər kəsin bir dəfə sual verməsini xahiş edib.

*******

Hər il olduğu kimi, bu dəfə də dekabrın sonlarında Rusiya prezidenti ənənəvi illik mətbuat konfransı keçirərək jurnalistlərin suallarını cavablandırır.

Reportyor.az Rusiya mətbuatına istinadən xəbər verir ki, sayca 14-cü olan mətbuat konfransı Moskvadakı Beynəlxalq Ticarət Mərkəzində keçirilir.

Bu dəfə Kreml rəhbərinə sual vermək istəyən rekord sayda jurnalist var – 1702 nəfər.

 

Shares