Qazaxıstanda Prezident seçkilərində iştirak edəcək namizədlər məlumdu.

Qazaxstan Respublikasındaiyunun 9-da növbədənkənar prezident seçkiləri keçirəcək.  Mərkəzi Seçki  Komissiyasından verilən məlumata görə, seçkilərdə qələbə uğrunda 7 namizəd  mübarizə aparır.  Dövlət  başçısı postuna  hakim “Nur Atan”  Partiyasından  ölkənin hazırkı rəhbəri Qasım-Comart Tokayev,  namizəd kimi qeydə alınan yeganə qadın “Ağ Jol” Demokratiya partiyasından  deputat  Daniya Espayeva,  Respublika İctimai Birliklərindən Qazaxıstan yazıçılar Birliyinin  və  Humanitar elmlər Akademiyasının üzvü Sadıbek Tuqel,  “Аul” Vətənpərvərlik Xalq-demokratik partiyasından Toleutay Rəhimbekov,  Qazaxstam Kommunist Xalq Partiyasından  Jambul Əhmətbekov,  Qazaxstan Həmkarlar İttifaqı  Federasiyasından  Amanqeldı Taspixov və  “Millətin taleyi” Birləşmiş Milli Vətənpərvərlik Hərəkətindən, “Yeni Qazaxstan”  hərəkətinin rəhbəri, publisist  Əmircan Kosanov  namizəd kimi qeydə alınıblar. Yerli ekspertlərin fikirincə  prezident postu uğrunda əsas mübarizə  hazırkı dövlət başcısı  Qasım-Comart Tokayev və ölkə müxalifətini təmsilcisi Əmircan Kosanov arasında gözlənsə də, hakim partiyanın namizədi qalib gələcək. Qazaxstan Respublikası Prezidentinə namizədlərin seçkiqabağı təşviqat kampaniyası 8 iyun tarixinə qədər davam edəcək. Onuda xatırladaq ki,  Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevin səlahiyyət müddəti 2020-ci ildə bitməsinə baxmayaraq, o  martın 20-də istefa vermiş və ölkə başçısı vəzifəsinə parlamentin yuxarı palatasını sədri Qasım-Jomart Tokayev seçilmişdi. Qazaxıstan Mərkəzi Seçki Komissiyası növbədənkənar prezident seçkilərinin keçirilməsi üçün Maliyyə Nazirliyinə 12 milyard təngənin (31,5 milyon dollar) ayrılması ilə əlaqədar müraciət etsədə  Hökumət özünün ehtiyat fondundan 9,4 milyard tənqə (25 milyon ABŞ dolları) ayrılıb

A.Məmmədli

“Yeni Sözçü”qəzeti

 

Shares
fullhd izle yerli film izle game of thrones 8.sezon izle