Qeydə alınan namizədlərin sayı 7-yə çatdı

Namizədliyi verilən şəxslər üçün verilən müddət bu gün bitir…

Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə əlaqədar namizədliyin qeydə alınması üçün seçki sənədlərinin və seçici imzalarının Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edilməsi müddəti bu gün saat 18.00-da başa çatır. Təqvim Planına əsasən, seçki sənədləri səsvermə gününə ən çoxu 50 və ən azı 30 gün qalmış MSK-ya təqdim edilməlidir. Seçkiyə tam 30 gün qalıb.

Martın 19-dan seçkinin təbliğat-təşviqat mərhələsi başlayacaq. Namizədlərin təbliğat-təşviqatı aprelin 10-da səhər saat 8-də başa çatmalıdır.

Qanunda namizədlərə təşviqat aparmaları üçün ödənişsiz və ödənişli efir vaxtı ayrılması nəzərdə tutulub. Ödənişsiz təşviqat İctimai Televiziya və Radio Yayımları Şirkətində, “Azərbaycan”, “Bakinski raboçi” qəzetlərində və “Xalq qəzeti”ndə aparılacaq. Ayrılacaq ümumi vaxt namizədlər arasında bərabər bölünəcək.

Növbədənkənar prezident seçkisinin ödənişli təşviqatına qoşulan media qurumlarının sayı isə artıb. MSK-dan verilən xəbərə görə, “Xalq qəzeti” və Aktual.az saytı Mərkəzi Seçki Komissiyasına bildiriş göndəriblər. Daha əvvəl İctimai Televiziya və Radio Yayımları Şirkəti, “Cümhuriyət”, “Olaylar”, “Səs”, “Palitra” qəzetləri, “Səs”, “Olaylar” informasiya agentlikləri, Repor. taz, Moderator.az, Cəbhə.info, Avropa.info saytları bildiriş göndəriblər.

Qaydaya görə, ödənişli təşviqata qoşulmaq istəyən media qurumları MSK-ya bildirişlər göndərməli, ödənişin əsasları, şərtləri və məbləği barəsində məlumatları seçkinin təyin edilməsi haqqında qərarın rəsmi dərcindən sonra ən geci 30 gün keçənədək dərc etməlidirlər.

Bundan başqa, namizədlərə seçicilərlə görüşlər keçirmək üçün yerlərin də ayrılması nəzərdə tutulub.

MSK martın 10-da daha üç şəxsin namizədliyini qeydə alıb. MSK-nın iclasında Milli Dirçəliş Hərəkatı Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Fərəc Quliyev, Müasir Müsavat Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Hafiz Hacıyev və “Cəbhəçilərin təşəbbüs qrupu” tərəfindən namizədliyi irəli sürülmüş Razi Nurullayevin prezidentliyə namizədliyi qeydə alınıb. Bununla qeydə alınan namizədlərin sayı 7 nəfərə çatıb. MSK bundan əvvəl Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Əliyev, öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Zahid Oruc, Azərbaycan Sosial Demokrat Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Araz Əlizadə və Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Qüdrət Həsənquliyevin namizədliyini qeydə almışdı.

Daha 7 iddiaçıdan AĞ Partiyanın sədri Tural Abbaslı, ADP sədri Sərdar Cəlaloğlu, VİP sədri Əli Əliyev imzatoplama kampaniyasını başa çatdırıblar. Digər 4 iddiaçıdan isə məlumat yoxdur. Onların prosesi necə yekunlaşdırdıqları bu gün bəlli olacaq. 

Tural Abbaslı ile ilgili görsel sonucu

Tural Abbaslının seçki qərargahının rəhbəri Əhəd Məmmədli “Yeni Müsavat”a bildirib ki, 69 seçki dairəsindən 43 min 150 imza toplayıblar. İmzalar və qeydiyyata alınmaq üçün lazım olan sənədlər bu gün MSK-ya təqdim olunacaq:“İmzaları və sənədləri dünən təqdim etdik, lakin bəzi sənəd çatışmazlığına görə geri qaytardılar. Bankdan əlavə sənəd verməliyik. Şənbə və bazar banklar işləmədiyinə görə martın 12-də əlavə sənədləri qaydasına qoyandan sonra təqdim edəcəyik”.

Sərdar Cəlaloğlunun seçki qərargahından verilən xəbərdə isə bildirilir ki, Sərdar Cəlaloğlunun namizədliyinin müdafiəsi üçün 107 seçki dairəsinin ərazisindən 45000 seçici imzası toplanılıb. Bunlardan 1500 imza qeyri dəqiq olması və səliqəsiz yazı səbəbi ilə partiyanın mərkəzi seçki qərargahında araşdırma zamanı çıxdaş edilib və bu barədə yekun protokolda müvafiq qeyd göstərilib. Beləliklə də MSK-ya ADP sədrinin prezidentliyə namizədliyini dəstəkləyən 43500 vətəndaşın imzasının təqdim edilməsi qərara alınıb. İmzaların qruplaşdırılması və yekun protokolun hazırlanması başa çatdırılıb və qanunvericiliyə müvafiq olaraq seçkinin indiki mərhələsinə aid bütün sənədlər MSK-ya təqdim edilib.

Korin Yonker Pənahov ile ilgili görsel sonucu

Partiyanın Mərkəzi Seçki Qərargahından onu da bildiriblər ki, imza kampaniyasına bəzi bölgələrdə yerli hakimiyyət mənsublarınınm qanunsuz müdaxilə cəhdləri olub və onlar haqqında müvafiq qaydada müraciətlər edilib.     

Seçkinin beynəlxalq müşahidəçiliyinə gəlincə, prosesi ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidə missiyası, MDB-nin, bir sıra xarici təşkilatların müşahidə missiyaları, ayrı-ayrı dövlətlərin müşahidəçiləri izləyəcək.

Martın 12-dən 16-dək Parisdə Avropa Şurası Parlament (AŞ PA) Assambleyası Bürosunun, Siyasi işlər və demokratiya, Monitorinq və Daimi komitələrinin iclasları keçiriləcək. Sechki-2018.az saytının xəbərinə görə, iclaslarda Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, ölkəmizin təşkilatdakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov iştirak edəcək.

Tədbirlərdə Azərbaycanda və Monteneqroda keçiriləcək prezident seçkilərinə müşahidə missiyasının göndərilməsi və digər mövzularda müzakirələr aparılacaq.

MSK sədri Məzahir Pənahov isə ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun seçki müşahidə missiyasının rəhbəri Korin Yonkerlə görüşüb. M.Pənahov müşahidə görüş üçün təşəbbüsü yüksək qiymətləndirib.

ATƏT/DTİHB-nin seçki müşahidə missiyasının rəhbəri K.Yonker müşahidə missiyası barədə məlumat verərək bildirib ki, onlar seçkiqabağı və səsvermə günü proseslərini müşahidə edəcəklər. Sonra müşahidə missiyasının üzvləri seçkilərinə hazırlıqlarla maraqlanıblar.

Korin Yonker Pənahov ile ilgili görsel sonucu

M.Pənahov seçkilərin yüksək səviyyədə hazırlanıb şəffaf və ədalətli keçirilməsi istiqamətində görülmüş işlər və MSK-nin genişmiqyaslı maarifləndirmə proqramı barədə danışaraq ölkə vətəndaşlarının seçmək və seçilmək hüquqlarının azad və sərbəst şəkildə təmin olunması üçün Komissiyanın fəaliyyəti, gerçəkləşdirilən çoxsaylı layihələri müşahidə missiyası üzvlərinin diqqətinə çatdırıb.

Rəhbərlik etdiyi qurumun beynəlxalq təşkilatlarla əməkdaşlığa hər zaman açıq olduğunu diqqətə çatdıran sədr M.Pənahov həmçinin qeyd edib ki, hazırda MSK-da peşəkar işçi qrupu təqdim olunmuş imza vərəqələrini və digər seçki sənədlərini yoxlayır. İctimaiyyətə tamamilə açıq olan yoxlama prosesi siyasi partiyaların, prezidentliyə namizədlərin səlahiyyətli nümayəndələri və kütləvi informasiya vasitələri tərəfindən mütəmadi şəkildə izlənilir. M.Pənahov digər beynəlxalq təşkilatlarla yanaşı, seçki müşahidə missiyasının üzvlərini də istədikləri vaxt həm imza vərəqələrinin yoxlanılmasında, həm də seçkilərlə bağlı ümumiyyətlə hər hansı istənilən digər proseslərdə yaxından iştirak etməyə dəvət edib. MSK sədri hətta onu da bildirib ki, yoxlama davam edir və hal-hazırda istənilən digər maraqlı şəxslər kimi, onlar da bu prosesin gedişini birbaşa izləyə bilərlər.   /Yeni Müsavat/

Shares
fullhd izle yerli film izle game of thrones 8.sezon izle