“Range Rover” piyadanı vurub yolun ortasına atdı – Digər maşın üzərindən keçdi

Bakıda dəhşətli yol qəzası baş verib.

Reportyor.az  xəbər verir ki, bu dəfə də qəzanı lüks avtomobilin sürücüsü törədib.

Aprelin 30-u saat 22 radələrində Nizami rayonu, M.Əliyev küçəsində Mahir Əsədov idarə etdiyi “Range Rover” markalı 90 OG 002 nömrəli avtomobillə şəxsiyyəti məlum olmayan piyadanı vuraraq yolun hərəkət istiqamətinə atıb, eyni yolda hərəkətdə olan Seyhun Məmmədovun idarə etdiyi “Mercedes” markalı 90 GT 562 nömrəli avtomobil isə həmin şəxsin üzərindən keçib və hadisə yerindən qaçıb.

Ağır vəziyyətdə olan piyada 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq davam etdirilir.

Qeyd edək ki, sürücü “90 OG 002” dövlət nömrə nişanını “Mercedes” və “Audi” markalı avtomobildə də istifadə edib.

Həmin fotoları təqdim edirik:

“Range Rover” piyadanı vurub yolun ortasına atdı- Digər maşın üzərindən keçdi“Range Rover” piyadanı vurub yolun ortasına atdı- Digər maşın üzərindən keçdi“Range Rover” piyadanı vurub yolun ortasına atdı- Digər maşın üzərindən keçdi

 Share
 Tweet
Shares
fullhd izle yerli film izle game of thrones 8.sezon izle