“REFLECTIONS ON BIOETHICS FROM TURKEY”in ilk sayı yayımlandı!

UNESCO Beynəlxalq Bioetika Şəbəkəsi Türkiyə Bölməsinin (Turkish Ethics Unit of the International Network – UNESCO Chair in Bioethics at the Hacettepe University Medical School) və Hacettepe Universiteti Bioetika Təhsil Araşdırma və Tətbiq Mərkəzinin (Hacettepe Üniversitesi Biyoetik Eğitim Araştırma ve Uygulama Merkezi – HÜBAM) birgə yayımladığı UNESCO-nun e-bülleteni – “Türkiyədən Bioetika haqda yansımalar”ın (Newsletter of the UNESCO – “REFLECTIONS ON BIOETHICS FROM TURKEY”) ilk sayı Dekabr 2018-də yayımlandı.

CWUR Dünya Universitetlər Reytinqində 2018-2019-cu akademik ili üçün Türkiyənin ən yaxşı universiteti seçilən Hacettepe Universiteti nəzdində Türkiyənin ilk Bioetika Mərkəzi olan bu qurum multidisiplinar yanaşma ilə bioetika sahəsində təhsil, araşdırma və məsləhətçilik fəaliyyətlərini həm milli, həm də beynəlxalq səviyyədə həyata keçirir.

Biyoetik nedir?

Günümüzdə biotexnoloji və biotibb sahələrindəki irəliləmələr və bu sahədəki yüksək texnologiyaların inkişafı ilə sağlıq, səhiyyə sistemində böyük nailiyyətlər əldə edilir. Digər tərəfdən bu texnologiyaların istifadəsi ilə insanoğlunun çevrəsi və digər canlı növləri ilə olan münasibətləri baxımından sosial, hüquqi, kültürəl və etik ölçülərdə problemlər ortaya çıxır və ya gələcəkdə çıxacağı ehtimal olunur. Bioetika bu sahədəki müzakirələrin aparıldığı və həlli yönündə təkliflər irəli sürülən bir elm sahəsidir və hüquq, tibb, fəlsəfə, ilahiyyat, biologiya, genetika kimi çox çeşidli elm sahələri ilə kəsişən bir nöqtədə yer alır.

İldə iki dəfə yayınlanması planlanan elmi-publisistik bülletenin ilk buraxılışında hazırda Mərkəzdə fəaliyyət göstərən, Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan Haqları İnstitutunun “Bioetika” və “Cinayət hüququ” ixtisasları üzrə doktorantı, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi Sevda Aydın qızı Kərimovanın da “Is capital punishment a deterrent to a crime?” (Ölüm cəzası cinayətdən çəkindirirmi?) adlı məqaləsi yer alıb.

UNESCO-nun Bioetika Kafedralarının olduğu bir çox ölkələrdə alternativi olan bu e-bülletenin Azərbaycanda da yaradılması hazırda dünyanın diqqət mərkəzində olan bioetikanın inkişafına kömək edəcəkdir.

Link:

http://www.deontoloji.hacettepe.edu.tr/unescobiyoetik/pdf/newsletter/newsletter,e_bulten_19decem

Shares