“Röyters”in Türkiyə İDDİASI – “Kimliyinin gizli qalmasını istəyən mənbələr…”

Reportyor.az  xəbər verir ki, İngiltərənin “Röyters” informasiya agentliyi Vaşinqton iqtidarının F-35 hərbi təyyarəsinin satışı çərçivəsində türk pilotlara verdiyi təlimi dayandırmaq niyyətində ciddi olduğunu yazıb. Agentlik bu xəbəri Türkiyənin F-35 proqramındakı rolu ilə bağlı məlumat sahibi olan iki mənbəyə istinadla yazdığını bildirib. Adlarının gizli saxlanılmasını istəyən mənbələr ABŞ-ın hələ son qərarını vermədiyini də bildirib. Bu açıqlama Türkiyənin S-400 məsələsində geri addım atmayacağı ilə bağlı siqnallarından dərhal sonra verilib.

Türkiyənin milli müdafiə naziri Hulusi Akar mayın 22-də verdiyi açıqlamada türk hərbçilərinin S-400 sistemlərindən istifadə edilməsi üçün Rusiyada təlim keçməyə başladıqlarını, rusiyalı hərbi mütəxəssislərin də Türkiyəyə gələ biləcəyini bildirmişdi.

Türk pilotlar F-35 proqramı çərçivəsində ABŞ-ın Arizona əyalətindəki Lyuk hərbi hava bazasında təlim keçirlər. Təlimlərin təxirə salınacağı təqdirdə türk pilotların ABŞ-ı tərk edib-etməyəcəkləri, yaxud da Türkiyənin F-35 proqramındakə gələcəyi ilə bağlı son qərar verilənə qədər bazada qalmalarına icazə verilib-verilməyəcəyi də hələlik dəqiq deyil. ABŞ Müdafiə Nazirliyi (Pentaqon) və XİN “Röyters” informasiya agentliyinin pilotlarla bağlı sualına cavab verməkdən imtina edib.

Shares
fullhd izle yerli film izle game of thrones 8.sezon izle