RUS OLİQARXIN “QIZI”, MARİN LE PEN, “BREXİT”… – Putinin Avropanı bölmək üçün saysız-hesabsız “beşinci sütun” layihələri

Bütün qitədə Avropa Parlamentinə seçkilər populizm və demokratik partiyalar arasında ən böyük ziddiyyət göstəricisi sayılır. Avstriya hökumətinin iflası indi payların nə qədər yüksək olduğunu göstərir. Hazırda avropalı sol, sağ və mərkəzçi qurumların özündən soruşmalı olduğu budur: Avstriyada aşkarlanmış Avropanın ultra sağ partiyalarının siyasi, əxlaqi və maddi korrupsiyanın həqiqi miqyası nə qədərdir?

Bu ay Avropa Parlamentində seçkilər geniş mənada Avropa İttifaqının taleyinə qərar verəcək dönüş nöqtəsi olaraq görülür. Amma Avropanı çökdürən populist qüvvələr böyük qazanc əldə etsə belə, o, ormandan çıxmayacaq.

Avstriya 2017-ci ildən Avstriya Xalq Partiyası (partiyanın lideri və cari kansler Sebastian Kurtzdur) və 1950-ci illərdə keçmiş “SS” zabitləri tərəfindən yaradılan Azadlıq Partiyasından (FPÖ) ibarət koalisiya hökuməti tərəfindən idarə olunub. Almaniyanın aparıcı KİV-ləri olan “Der Spiegel” və “Süddeutsche Zeitung”-un iki videonu yayımlaması koalisiyanı çökdürüb və bu ilin sentyabrında yeni seçkilər keçiriləcək.

Video nəfəskəsən idi, çünki o, FPÖ lideri, vitse-kansler Hayntz-Xristian Ştraşenin bir rus oliqarxının yaxın qohumu olduğunu iddia edilən qadınla ciddi və hökumətlə perspektivli əlaqəsini göstərirdi. Avstriyanın ən məşhur qəzeti “Kronen Zeitung”-u satın alması və onu FPÖ-nun mediasına çevirdiyinə görə Ştraşe həmin qadına şişirdilmiş qiymətlərlə Avstriyada yol tikintisi üçün müqavilələrlə təmin etməyi öhdəsinə götürüb. Ştraşenin korrupsiyalı məqsədi “Kronen Zeitung”-la sona çatmayıb. FPÖ-nin real məqsədi Avstriyada Macarıstan baş naziri Viktor Orbanın öz ölkəsində etdiyini təkrarlamaq idi: mətbuatı öz tərəfdarına çevirmək.

Kurtzun, koalisiya hökumətini formalaşdırarkən, müdafiə və daxili işlər nazirliklərinə nəzarəti FPÖ-ya verməyə hazır olması, Avropanın əksər sağçı populistlərinin Rusiya prezidenti Vladimir Putinlə sövdələşmək istədiyinin sübutudur. FPÖ-nun Rusiya meylli fəaliyyəti, Ştraşenin ekstremist hərəkatlarla əlaqələri Kurtza yaxşı məlum idi. Ancaq Kurtz sadəcə buna göz yumub və ölkənin ən həssas nazirliklərini FPÖ-nun nəzarətinə verib.

Daxili İşlər Nazirliyinin nəzarət edən FPÖ-nun ilk addımlarından biri Avstriyanın təhlükəsizlik xidmətlərinə “basqın etmək” idi, çünki xidmət neonasist və Rusiyaya dəstək verən təşkilatları izləyirdi. O vaxtdan bəri Aİ-yə üzv ölkələrin kəşfiyyat orqanları avstriyalılarla məlumat paylaşmaqdan yayınıb, səbəb çox sadədir: paylaşılan məlumatlar qısa zamanda Kremlə veriləcəkdi.

Avstriyanın siyasəti artıq qarışıqlıq içindədir və Avropadakı tərəfdaşları artıq onun hökumətinə güvənməyəcək. Baş nazirin müavini Matteo Salvininin hökumətdəki “Liqa”nın iştirakına görə İtaliya ilə də oxşar münasibət meydana gəlib. Salvini “Beş Ulduz Hərəkatı” ilə koalisiya hökumətinə daxil olandan (və Daxili İşlər Nazirliyinin nəzarəti ələ alandan sonra) Putin Avropanın ən böyük çempionu olub və Rusiyanın Ukrayna ərazisini işğal etməsi və Krımın ilhaqı əleyhinə tətbiq olunan sanksiyalara qarşı çıxandan, Avstriyadakı kimi, Roma da Qərb kəşfiyyat xidmətlərinin laqeydliyi ilə üzləşib.

Bu partiyalar tək deyil. Avropalılar bilir ki, Marin Le Penin ultra sağ partiyası (2018-ci ildə adını dəyişdirib) keçmişdə Rusiya dövlətinə bağlı bir bankdan borc götürüb. İngilis müstəntiqlər isə Rusiya pulunun “Brexit” kampaniyasını təşviq etməkdə oynadığı rolu araşdırırlar.

“Brekzit”dən sonra Böyük Britaniyada Rusiyanın təsirinin əhəmiyyətli dərəcədə artıb. Hazırda böyük kinayə budur ki, Rusiyanın Aİ və fərdi Avropa hökumətlərini təhrik etmək cəhdlərinə qarşı Avropanın ən güclü partiyalarından biri olan Mühafizəkarların rəhbərlik etdiyi hökumət “Brexit” sonrası əlavə çətinliklərlə üzləşir.

“Brexit” – Kremlin layihəsidir. Putin avropalıları bölmək istəyir və Böyük Britaniyada “Brexit” 200 il əvvəl müzakirə olunan “Qarğıdalı Qanunu” kimi Britaniyanı bölməyə müvəffəq olub.

Putin Aİ-nin parçalanmasını istəyir və “Brexit” blokun tarixində hələ ən böyük çata səbəb olur. Putin ənənəvi xəbər mənbələrinin legitimliyinə şübhənin yaranmasını istəyir; “Brexit”pərəst media daima yalanları təbliğ edir və hətta “Financial Times” kimi nüfuzlu qəzetləri belə xalqın elitist düşmənləri kimi tanıdılır.

Avstriyadakı böhran, Avropa liderləri və vətəndaşları üçün də həyəcan çağırışıdır. Populistlərin Rusiyaya meylini, korrupsiyaçılığını hər kəs görməlidir. Bu həftə Avropa Parlamentinə seçkilərdə seçicilər öz ölkələrinə və Aİ-yə qarşı olan populistlərin “beşinci sütun”u devirməlidir – səs verməklə.

Çarlz Tannok

“Project Syndicate”, 20.05.2019

Shares
fullhd izle yerli film izle game of thrones 8.sezon izle