Rusiya Amerikanı radioaktiv külə döndərə bilər – QORXUNC TƏHDİD

Bir sualtı gəmi 100-dən çox şəhəri xəritədən silmək gücündədir

Vladimir Putinin xüsusi nəzarəti altında hazırlanmış “Borey” sualtı hərbi gəmisinin döyüş qabiliyyəti ağlasığmaz dərəcədə yüksəkdir. Düşünün ki, bu gəminin endirə biləcəyi nüvə hücumu nəticəsində ABŞ-ın müdafiə qabiliyyəti kiçik zaman kəsiyində sıradan çıxar. Nüvə bombasının atıldığı şəhərlər isə radioaktiv külə çevrilər.

Uzunluğu 170 metr olan sualtı gəmi 20 ədəd qitələrarası nüvə başlıqlı raket daşıyır. Norveçin “Naval Tuday” nəşrinin hərbi eksperti bildirir ki, bu sinifdən olan əvvəlki sualtı gəmilərdə isə yalnız 16 belə raket daşınırdı. Qeyd olunur ki, ruslar bu gəminin ilkin hazırlığına hələ SSRİ-nin sonuncu rəhbəri Mixail Qorbaçovun vaxtından başlayıblar. Bu gəmi ilə bağlı görülən bütün işlər son dərəcə məxfi şəraitdə aparılıb. Rəsmən elan olunana qədər bu gəmi haqqında hər hansı bir yerdə hər hansı bir məlumat yayılmayıb…

“The National İnterest” yazır ki, bu gəmi bir çox parametrlər baxımından əvvəlkiləri kölgədə qoyur. Rusiya bu silahın təkmilləşdirilməsi üçün ağlasığmaz vəsait xərcləyib.

Всплывут на Гавайях — и нет Нью-Йорка: в США предсказали последствия удара российского «Борея»

Vladimir Putin “Moscow Times”a müsahibəsində belə demişdi: “Şübhəsiz ki, hərbi-dəniz qüvvələri milli iqtisadi maraqlarımızın qorunması baxımından önəmlidir. Bu maraqlar Arktika regionunda da xüsusi önəm daşıyır. Orada olan bioloji və təbii ehtiyatlar dünya çapında önəm daşıyır”.

Britaniya parlamentində dinləmələr zamanı elan edilib ki, son illərdə Rusiya Şimal Buzlu Okeanının ucqarında yerləşən Barens dənizində və Şimali Atlantikada çox aktivdir.

O da məlumdur ki, NATO-nun əsas hədəflərindən biri də Rusiyanın sualtı gəmilərinin hərəkət marşurutun nəzarətdə saxlamaqdır.

Всплывут на Гавайях — и нет Нью-Йорка: в США предсказали последствия удара российского «Борея»

Ekspertlər bildirir ki, Rusiyanın sualtı gəmiləri Havay adaları yaxınlığından zərbə endirməklə Nyu-Yorku və ya Vaşinqtonu yer üzündən silə bilərlər. Rusiyanın Amerikadakı ilkin hədəfi Pentaqon və Ağ Evdir. Amerikanın “We Are the Mighty” nəşri belə yazır. Onların hesablamasına görə, bir ədəd “Borey” bütün raketlərini atsa, bir neçə dəqiqə ərzində Amerikanin yüzdən çox şəhəri və ya regionu xarabaya dönər. Nəşrin eksperti əmindir ki, Rusiyanın ABŞ-a nüvə zərbəsi endirmək fikri yoxdur. Ancaq Rusiyanın sualtı gəmiləri rəsmi Moskvanın əlində ciddi arqumentdir.

Meksika körfəzi də Rusiya sualtı gəmiləri üçün Şimali Amerikanı vurmaq baxımından son dərəcə əlverişli ərazidir.
“The National İnterest” yazır ki, nüvə silahları ilə təchiz edilən sualtı gəmilər bəşəriyyətin bu günə kimi icad etdiyi ən təhlükəli hərbi maşınlardır. Döyüş qabiliyyəti baxımından dünyada ən üstün olan 5 sualtı gəmidən 3-ü Rusiyanın payına düşür. Bu sıraya “955 Borey”, “667BDRM” Delfin və “885 Yasen” daxildir. Digər 2-si isə ABŞ-a məxsusdur. Bunlar “Ohio” və “Kolumbiya” sualtı gəmiləridir./musavat.com/

https://riafan.ru/1042570-amerikanskie-smi-sprognozirovali-posledstviya-yadernogo-udara-po-territorii-ssha

https://riafan.ru/1133351-vsplyvut-na-gavaiyakh-i-net-nyu-iorka-v-ssha-predskazali-posledstviya-udara-rossiiskogo-boreya

Shares