Səudiyyə nəşri:”MATTİSİN GEDİŞİ YAXIN ŞƏRQDƏ İRANIN ƏL-QOLUNU TAM AÇIR”

İyad Əbuşiqra

“Əş-Şərq əl-Əvsət”

 

Müdafiə naziri Ceyms Mattisin ABŞ prezidenti Donald Tramp komandasından ayrılması bu iki şəxsin, xüsusilə Vaşinqtonun Yaxın Şərqdəki müdafiə strategiyası ilə bağlı fikir ayrılıqlarının nəticəsidir.

Trampın prezidentlik dövrünün ilk yarısında xarici və strateji siyasətlə bağlı bir sıra istefalardan sonra vəzifəyə gəlmiş Mattisin gedişi əsla nikbinlik doğurmur.

Rusiya, Çin və İrandan gələn qlobal çağırışları qiymətləndirməsində Vaşinqtonun açıq-aşkar yanlışlığı onlara fayda gətirib; buna paralel olaraq, Moskva, Pekin və Tehranın prezident Trampı Ağ Evə aparan sonuncu prezident seçkilərinin nəticələrinə təsir etməyə çalışdığına dair şübhələrə inandırıcılıq donu geydirib.

Daha da pis budur ki, bütün bunlar Vaşinqtonun üç əsas qərbli müttəfiqi – Böyük Britaniya, Fransa və Almaniya ilə daxili siyasi gərginlik fonunda baş verir!

ABŞ-ın dünyanın ən böyük super gücü olması artıq etiraz doğurur: Rusiya və Çin qlobal məkanda və Yaxın Şərq regionunda Vaşinqtona meydan oxuyur. Burada ən azı Kreml və Pekindəki müttəfiqlərinin hesablamalarını sanki qarışdıran İranın genişlənmə planı ilə üz-üzəyik.

Mövcud rəhbərliyi altında İran – varoluş fəlsəfəsinə, siyasi, hərbi, mədəni və tarixi intiqam mirasına malik regional qüvvədir. İndi o, Çinlə, eləcə də Rusiya ilə tam miqyaslı siyasi və iqtisadi ittifaqdadır.

2003-cü ildə Vaşinqton İraq torpaqlarına girəndən, Tehran öz təsirini çətinliklərlə dolu, narahat və zəif Ərəb Dünyasına yayır.

İctimai fikir bundan qafildir.

Amma Yaxın Şərqdə regional hegemoniya layihəsi haqqında danışarkən, İran rəsmilərinin avazı artıq tərəddüdlü və ya utancaq deyil.

Bir neçə gün əvvəl Körfəz paytaxtlarından birində keçirilən beynəlxalq forumda İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif böyük səbirlə, Vaşinqtonun Tehranı region işlərinə müdaxilə etməsi ittiham ilə bağlı suala cavab verib: “Biz deyil, Vaşinqton bölgə işlərinə müdaxilə edir. Hərbçilərimizin bəzi ölkələrdə olmasına gəlincə, orada qanuni hökumətlərin tələbi ilə mövcuddurlar”.

Birləşmiş Ştatlarda təhsil almış akademik və diplomat ifadələrində yanılmayıb. O, nə dediyini, dinləyicilərinə və dünyaya nə çatdırmaq istədiyini çox yaxşı bilir…

İnqilabçı Keşikçilərinin “Xatəmül-Ənbiya” adlanan qüvvələrin komandiri general Qulaməli Rəşid də, öz növbəsində, “bölgənin bəzi rejimlərini təkəbbür güclərinin müdaxilə üçün bəhanələrinə baş qoşması” və bunun cavabsız qalmayacağı barədə xəbərdarlıq edib.

İnqilab Keşikçilərinin hərbi manevrləri ilə eyni vaxtda Zərif: “Bizim səylərimiz bütün qonşu ölkələrlə qardaşlıq və yaxşı əlaqələr qurmağa yönəlib, çünki onların təhlükəsizliyi bizim təhlükəsizliyimizdir”, – deyib.

Hətta İranın hərbi maşını və genişlənməsi əleyhinə sərt sanksiyalar belə beynəlxalq birlikdə parçalanma yaradıb. Mattisin istefası bu mənada da pis nəticədir.

Qərb qüvvələri 2011-ci ildən bu yana Şam rejimini əhatə edən Kreml tərəfindən dəstəklənilən təbliğata aldanıblar: Suriyada baş verənlər “xalq üsyanı deyil, terrorist qruplar Suriyada sabitlik və nizamı təhdid edir”.

Hətta Vaşinqton hər hansı müdaxilənin Suriya xalqını qorunması və siyasi dəyişiklik prosesinin başlaması üçün məhdud müdaxiləni ziyanlı sayıb. Lakin Vaşinqtonun bu yanaşması özünə qarşı çevrilib.

Kürd milisləri daxil olmaqla, bir neçə qrupa pul, silah və hərbi dəstəyi təşviq etdikdən sonra birdən-birə bunu icra etməyə səbəb qalmayıb!

Mattis və həmkarları İŞİD-in çökdüyünə əmin deyillər. Daha da önəmli olan budur ki, o və onun kimi düşünənlər Yaxın Şərqin gələcəyi üçün Tehranın regional istəklərinin lal qala bilmirdilər!

Tərcümə: Strateq.az

Shares