Sabahın havası

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gecə və səhər arabir güclənəcək. Havanın temperaturunun gecə 13-15° isti, gündüz 16-19° isti, Bakıda gecə 13-15°, gündüz 17-19° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 765 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 60-70 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 9-14°, gündüz 15-20° isti, dağlarda gecə 2-6°, gündüz 6-11° isti olacağı gözlənilir.

Shares
fullhd izle yerli film izle game of thrones 8.sezon izle