mobil versiya

Meteohəssas insanlar üçün xoş xəbər


Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumunu açıqlayıb.

Rəsədxanadan Trend-ə verilən məlumata görə, ötən gün Günəş fəallığı çox aşağı səviyyə, Günəş diski ləkəsiz olub. Bu səbəbdən geomaqnit sahə də son 24 saat ərzində ümumən sakit olub.

Məlumata görə, noyabrın 4-6-da Günəş fəallığı çox aşağı səviyyədə qalacaq. Günəş küləyi parametrlərinin sakit rejimə uyğun qalacağı proqnozlaşdırılır.

Proqnoz dövründə geomaqnit sahədə ümumən sakitlik müşahidə olunacaq. Maqnit qasırğasının yaranması ehtimalı proqnoz dövründə 5%-dən aşağı qiymətləndirilir.

SAĞLAMLIQ / SON XƏBƏR
Tarix: 5-11-2019, 07:24