mobil versiya

İmmunlaşdırmanın gücləndirilməsi mühüm əhəmiyyət kəsb edir




İmmunlaşdırma həftəsi” ərəfəsində respublikanın bütün şəhər və rayonlarında hər hansı səbəbə görə vaksinasiyadan kənarda qalan uşaqların peyvəndlərə cəlb edilməsi nəzərdə tutulur. İmmunlaşdırma Həftəsi insanların peyvənd almaq imkanını yaxşılaşdırmaqla peyvəndlə əhatənin yüksək səviyyəyə çatdırılmasını və minlərlə uşağın yoluxucu xəstəliklərdən qorunmasını təmin edir.

Bu fikirləri 93 FM dalğasında yayımlanan “Sağlam radio”da həkim-epidemioloq Aytəkin Qurbanova açıqlayıb.

Onun sözlərinə görə, dünyada hər il uşaqların vaksinasiyası sayəsində 4 milyon ölümün qarşısı alınır:
“Peyvəndlər uşağı, xüsusən immun sistemi zəif inkişaf etmiş körpələri ciddi fəsadlara və ya ölümə səbəb oluna biləcək xəstəliklərdən qoruyur. Hər bir uşağın hələ də ciddi fəsadlar yaradan ağır xəstəliklərdən peyvəndlər vasitəsilə qorunmaq hüququ var. Məhz bu səbəblə, immunlaşdırmanın gücləndirilməsi mühüm əhəmiyyət kəsb edir. Hazırda ölkəmizdə uşaqları bir sıra ciddi xəstəliklərdən qoruyan effektiv və təhlükəsiz peyvəndlər mövcuddur.

SAĞLAMLIQ / KARUSEL
Tarix: 30-04-2025, 10:44