Samir Adıgözəlli yeni Siyasi Mərkəzin rəhbəri oldu

Tanınmış ictimai-siyasi fəal Samir Adıgözəlli bundan sonra yeni yaradılan quruma rəhbərlik edəcək.

Reportyor.az xəbər verir ki, Samir Adıgözəllinin rəhbəri seçildiyi qurumun adı İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzidir (İSBAM). Yeni Mərkəz rəsmi dövlət qeydiyyatından da keçib. S. Adıgözəlli Azinforum.az-a bildirdi ki, sədr seçildiyi Mərkəzin əsas fəaliyyət sferası siyasi araşdırmalar və beynəlxalq əlaqələrlə bağlı olacaq:

” Çalışacıyıq ki, qurumun adına uyğun sahələni əhatə edən fəaliyyətlə məşğul olaq və beynəlxalq münasibətlər sistemində ölkəmizi layiqincə təmsil edək. Ümummilli Lider Heydər Əliyev və onun layiqli davamçısı cənab İlham Əliyevin siyasi kursuna uyğun şəkildə fəaliyyət göstərəcəyik. Ciddi layihələrimiz var, onların ətrafında müzakirələrimizi davam etdiririk. Yaxın zamanlarda ortaya qoyacağımız işlərlə tanış olacaqsınız”./Azinforum/

Shares
fullhd izle yerli film izle game of thrones 8.sezon izle