Savçenko azadlığa buraxıldı:”Ukrayna uğrunda mübarizə aparacağam”

Kiyevin Brovarsk rayon məhkəməsi Nadejda Savçenko və Vladimir Rubanın azadlığa buraxılması haqqında qərar qəbul edib.

Bu barədə məlumatı “İnforesist.org” saytı yayıb.

Məhkəmənin bu qərarı hər iki şəxs barəsində seçilmiş həbs-qətimkan tədbiri müddətinin bitməsinə görə verdiyi bildirilib.

Azadlığa çıxan Savçenko dərhal bəyanat yayıb:

“Mən azadlıq uğrunda necə mübarizə aparıldığını göstərdim. Mən ədalətsiz mühakimə edilən hər kəsə azadlıq arzulayıram. Mən qaydaları pozmamışam və xaricə qaçmıram. Ukrayna mənim üçün boş sözlər deyil. Mən Ukrayna uğrunda mübarizə aparacağam”.

Qeyd edək ki, Ruban və Savçenko bir il əvvəl Radada terakt törətməyə cəhddə ittiham edilərək həbs olunmuşdular/Axar.az.

Shares
fullhd izle yerli film izle game of thrones 8.sezon izle