mobil versiya

Təhsil nazirinə yeni müavin təyin olunub


Təhsil nazirinə yeni müavin təyin olunub

Azərbaycanın təhsil nazirinə yeni müavin təyin olunub.

REPORTYOR.AZ xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncamla Muxtar Məmmədov təhsil nazirinin müavini təyin edilib.

Bu gün təhsil naziri Emin Əmrullayev yeni müavini nazirliyin kollektivinə təqdim edib. O, M.Məmmədova uğurlar arzulayıb.

Qeyd edək ki, yeni nazir müavini bundan əvvəl təhsil nazirinin Aparat rəhbəri vəzifəsində çalışıb. Hazırda onun yerinə təyinat yoxdur.
SON XƏBƏR / KARUSEL
Tarix: 30-04-2021, 10:40