mobil versiya

Bakının pulsuz çimərliyindən REPORTAJ - VİDEO




Yayın isti günündə insanların ən çox axın etdiyi məkanlardan biri də çimərliklərdir.

Artıq bir neçə ildir ki, sakinlər üçün pulsuz və rahatlığın təmin edilməsi üçün Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Bakı şəhərinin sahil kənarı ərazilərində yaradılan ictimai çimərliklər yaradılıb.

BAKU.WS olaraq Pirşağıda yerləşən ictimai çimərlikdən reportaj hazırladıq.

Çimərlikdə vətəndaşlar üçün uzanmaq üçün pulsuz şezlonq, çətirlər, duş yerləri və s. qoyulub. Bundan başqa, dincəlmək üçün ayrılan ərazidə qum zibillərdən təmizlənib. Ətrafa zibil qutuları qoyulub. Zibil qutuları da tullantılara uyğun çeşidlənib.

Bundan başqa, ictimai çimərlikdə batmaq təhlükəsi ilə qarşılaşan insanların xilas edilməsi üçün Fövqəladə Hallar Nazirliyinin xilasediciləri xidmət göstərirlər.

Xilasedici Zahir Ramazanov BAKU.WS-ə açıqlamasında bildirdi ki, çimərlik mövsümü açılandan bəri Pirşağıda yerləşən ictimai çimərlik ərazisində hansısa insident və bədbəxt hadisə yaşanmayıb.

“Ümumiyyətlə, ötən illərə nisbətən bu mövsüm vətəndaşlar ehtiyatlıdırlar. Tövsiyə edilən təhlükəsizlik tədbirlərinə əməl edirlər”, - deyə Zahir Ramazanov bildirib.

Qeyd edək ki, ictimai çimərliyin yaxınlığında onun ərazisinə daxil olmayan yerlərə də insanlar axın edirlər. Lakin burada fərqlilik müşahidə olunur. İnsanlar günün altında istirahət edir.

Xatırladaq ki, Abşeron yarımadasının Sahil, Buzovna, Novxanı, Görədil və Pirşağı qəsəbələrində, Səbail rayonunda, “Şıx” çimərlik ərazisində - ümumilikdə 6 yerdə fəaliyyət göstərən bu çimərliklər şəhər sakinlərinin Leyla xanım Əliyevaya müraciətlərindən sonra paytaxtın dənizkənarı ərazilərində mövcud özəl istirahət mərkəzlərinə və çimərliklərə alternativ olaraq yaradılıb.

Yay mövsümü başa çatana kimi çimərliklərin fəaliyyəti Bakı Şəhər İcra Hakimiyyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Fövqəlaqə Hallar Nazirliyi tərəfindən ciddi nəzarətdə saxlanacaqdır.

Burada görülən bütün işlərin əsas məqsədi vətəndaşlarımızı xəstəliyə yoluxmaqdan qorumaqdır.

Buna görə də icra qurumları nümayəndələri tərəfindən bütün lazımi tədbirləri görülür. Lakin ən əsas məsələ vətəndaşlarımızın üzərinə düşür.

Onlar diqqətli olmalı, pandemiyadan özlərini və ailə üzvlərini qorumaq üçün mövcud qaydalara ciddi riayət etməlidirlər.

Çimərlikdən hazırlanan reportajı təqdim edirik:



SON XƏBƏR / KARUSEL / GÜNDƏM
Tarix: 28-06-2021, 11:28