mobil versiya

Bakıda restoranda yanğın olub




Bakı şəhərinin Nərimanov rayonunda restoranda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, ümumi sahəsi 658 m² olan restoran kimi fəaliyyət göstərən ikimərtəbəli tikilinin birinci mərtəbəsində yerləşən mətbəxdə 4 ədəd soyducu qismən yanıb.
Tikili yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

SON XƏBƏR / KARUSEL / HADİSƏ
Tarix: 14-08-2021, 11:01