mobil versiya

Milli Məclisin deputatı Araz Əlizadə xəstəxanaya yerləşdirildi



Milli Məclisin deputatı Araz Əlizadə xəstəxanaya yerləşdirilib.

APA-nın əldə etdiyi məlumata görə, deputat Araz Əlizadə bir neçə gün bundan öncə böyrək çatışmazlığından “Caspian International Hospital”a yerləşdirilib.

Deputatın müalicəsi  hazırda xəstəxananın reanimasiya şöbəsində davam etdirilir.

Məlumatı “Caspian International Hospital”dan təsdiqləyiblər. 

Qeyd edək ki, Araz Əlizadə həm də Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədridir.

SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 18-12-2019, 17:44