mobil versiya

Yük avtomobili aşdı, "Coca-cola" içkiləri ətrafa səpələndi - VİDEO



Bakı-Qazax magistral yolunun Kürdəmir rayon ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə REPORTYOR.AZ "qaynar xətti"nə məlumat daxil olub.

Hadisə zamanı "Coca-cola" şirkətinə məxsus yük avtomobilinin sürücüsü idarəetməni itirərək eyni istiqamətdə hərəkətdə olan digər yük maşını ilə toqquşub.

Qəza zamanı hər iki yük maşını aşıb. "Coca-cola" şirkətinə məxsus avtomobildəki içkilər ətrafa tökülüb.

Yük maşınlarını idarə edən sürücülərin xəsarət aldığı deyilir. 


SON XƏBƏR / KARUSEL / DÜNYA / HADİSƏ
Tarix: 30-12-2019, 11:00