mobil versiya

Azərbaycanda bu şəxslərin vergi öhdəlikləri dəyişdi



Bu gündən Azərbaycanda quş və heyvan ətinin satışı 4 il müddətinə əlavə dəyər vergisindən (ƏDV) azad edilir. 

REPORTYOR.AZ xəbər verir ki, bu qanun “Vergi Məcəlləsi”nə edilən dəyişiklikdə öz əksini tapıb.

Belə ki, quş əti satışının ƏDV-dən azadolma müddətinin daha 4 il müddətinə uzadılması, habelə heyvan ətinin satışının 4 il ərzində ƏDV-dən azad edilməsi, fiziki şəxslər tərəfindən vergidən azad olunmaqla təqdim edilən yaşayış sahəsində azı 5 il ərzində yaşayış yeri üzrə qeydiyyatda olma müddətinin 3 təqvim ilinə endirilməsi, fiziki şəxslərin xüsusi mülkiyyətində olan yaşayış sahələrinin təqdim edilməsi zamanı yaşayış sahəsinin 30 kvadratmetrinin istisnasız olaraq vergidən azad edilməsi bu qəbildən olan dəyişikliklərdir.

SON XƏBƏR / KARUSEL / İQTİSADİYYAT / ÖLKƏ
Baxılıb: 51 Tarix: 1-01-2020, 17:00


Şərh bildir
yenilə, əgər kod görünmürsə