mobil versiya

İçərişəhərdə partlayış oldu - 5 yaralı




Bakıda qaz sızmasından partlayış baş verib.

Hadisə bir neçə dəqiqə öncə İçərişəhərdə baş verib.

İlyas Əfəndiyev 10 ünvanında yerləşən yaşayış binasında baş verən qaz sızması nəticəsində yaranan partlayışda 5 nəfər xəsarət alıb.

Hazırda yanğınsöndürənlər əraziyə cəlb olunub.

TƏBİB-dən verilən məlumata görə, hazırda təcili tibbi yardım avtomobilləri hadisə yerindədir.

3 nəfər Respublika Yanıq Mərkəzinə aparılıb.

Ətraflı məlumat veriləcək.(qafqazinfo)




SON XƏBƏR / BANNER / KARUSEL / HADİSƏ
Tarix: 7-02-2020, 22:44