mobil versiya

Türkiyədən qayıdacaq azərbaycanlılar üçün uçuşların qrafiki açıqlandı - SİYAHI - YENİLƏNİB




Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Türkiyə və Azərbaycan vətəndaşlarının hava və quru yolu ilə qarşılıqlı səfərləri müvəqqəti olaraq dayandırıldığından Azərbaycana qayıtmaq istəyən şəxslərlə bağlı çarter reyslər ayrılacaq.
Türkiyənin Azərbaycandakı səfirliyindən REPORTYOR.AZ-a verilən məlumata görə, 15 mart tarixində Türkiyədən Azərbaycana iki reys həyata keçiriləcək.

TK 332 IST-GYD - 08:55 (Yerli vaxtla) sadəcə Azərbaycan vətəndaşları
TK 334 IST-GYD - 16:00 (Yerli vaxtla) sadəcə Azərbaycan vətəndaşları
Azərbaycandakı Türkiyə vətəndaşlarının ölkəsinə dönməsi üçün isə 15 martda iki reys həyata keçiriləcək.
TK 333 GYD-IST - 13:45 (Yerli vaxtla) sadəcə Türkiyə vətəndaşları
TK 335 GYD-IST - 20:50 (Yerli vaxtla) sadəcə Türkiyə vətəndaşları

01:11

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Türkiyə Respublikası və Azərbaycan Respublikası vətəndaşlarının hava və quru yolu ilə qarşılıqlı səfərləri müvəqqəti olaraq dayandırıldığından Azərbaycana qayıtmaq istəyən şəxslərin geri qaytarılması mexanizmi ilə bağlı 15 mart 2020-ci il tarixdə əlavə məlumat veriləcəkdir. 

Bu barədə REPORTYOR.AZ-a Nazirlər Kabinetinin yanında Operativ Qərargahdan məlumat verilib.

Bildirilib ki, qeyd olunan şəxslərin Azərbaycana qayıtması üçün çarter reyslər ayrılacaq. Türkiyədən qayıdan şəxslər müayinədən keçiriləcək və zərurət yarandığı halda, 14-28 günlük karantin rejimində saxlanılacaq.
SON XƏBƏR / KARUSEL / GÜNDƏM
Tarix: 15-03-2020, 04:04