mobil versiya

Dünyada koronavirus qurbanlarının sayı 9 min nəfəri ötdü




Dünyada COVID-19 infeksiyasına yoluxanların sayı 210 min nəfəri ötüb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus keçirdiyi brifinqdə bildirib.

O, qeyd edib ki, dünyada 9 mindən çox insan virusun qurbanı olub. 

"COVID-19 hər gün yeni faciəli göstəriciyə çatır. Ümumdünya Səhiyyə Təşkilatına 210 mindən çox insanın xəstələnməsi barədə bildirdilər və 9 mindən çox insan koronavirusdan öldü", - o deyib.

SON XƏBƏR / KARUSEL / GÜNDƏM
Tarix: 20-03-2020, 23:19