mobil versiya

Türkiyəli aktrisa koronavirusa yoluxdu




Türkiyəli aktrisa Cansın Çekilidə koronavirus infeksiyası aşkarlanıb.

“Report” “Akşam”a istinadən xəbər verir ki, 31 yaşlı aktrisa bunu sosial şəbəkədə izləyiciləri ilə paylaşıb.

“Əslində, xəstəliyim bitəndə paylaşacaqdım, ancaq deyəsən bu gün çox duyğusal oyanmışam. 20 günə yaxın bronxit və allergiyadan əziyyət çəkdiyim hesab etdiyim halda, ötən həftə xəstəxanada keçdiyim testin nəticəsi pozitivi çıxıb”, - aktrisa özünün “Instagram” səhifəsində açıqlayıb.

Qeyd edək ki, C.Çekili 2018-cı ildə yayımlanan “Erkənçi quş” adlı serialda Aysel personajını canlandırıb. 2019-cu ildə həmçinin “Çocuq” serialına da çəkilib və Zeynəb rolunu ifa edib.  

SON XƏBƏR / DÜNYA
Tarix: 3-04-2020, 13:34