mobil versiya

Ter-Petrosyan Koçaryan və Sarqsyanı xəyanətdə ittiham etdi




Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan hazırda həbsdə olan xələfi Robert Koçaryana və sabiq prezident Serj Sarqsyana xəbərdarlıq edib.

Ermənistanın ağır vəziyyətə düşdüyünü vurğulayıb. 

O, mövcud hökumətin koronavirusa qarşı mübarizəsini təqdir edib.

L.Ter-Petrosyan adını çəkməsə də, R.Koçaryan və S.Sarqsyanı KİV-də hökumətə qarşı “ikinci cəbhə” açdıqlarını bildirib. Ermənistann birinci prezidenti ikincini xəyanətdə ittiham edərərək deyib: “İndiki şəraitdə hökuməti tənqid edənlər kömək etmir, əksinə, özləri üçün siyasi xal qazanırlar. Bu adi vəziyyətdə normal sayılsa da, müharibədəki kimi indiki şəraitdə xəyanətə bərabərdir”. 

Ter-Petrosyan Robert Koçaryan və Serj Sarqsyanı nəzarətlərində olan KİV-də hakimiyyətə qarşı mübarizəni təcili dayandırmağa çağırıb.

REPORTYOR.AZ

SON XƏBƏR / KARUSEL / DÜNYA
Tarix: 8-04-2020, 12:52