mobil versiya

Səhvən ordu generalının evini partlatdılar - Çox sayda ölü var (FOTOLAR)



Mərkəzi Afrika ölkəsi Çadda dəhşətli hadisə baş verib. 

Publika.az “Presstv”yə istinadən xəbər verir ki, paytaxt Ncamenada yerləşən Fransaya məxsus “Adji” hərbi bazası yaxınlığındakı hava limanına enməyə hazırlaşan “Sukhoi” tipli təyyarədən səhvən mərmi atılıb. Məlumata görə, mərmi prezidentin mühafizə xidmətinin rəis köməkçisi, generalın evinin üzərinə düşüb. Nəticədə generalla yanaşı onun 4 ailə üzvü həlak olub. Çox sayda yaralı var. Mərminin partlaması nəticəsində ərazidə yerləşən çox sayda ev dağılıb.

Dağıntılar altında insanların qaldığı bildirilir. Fransalı hərbçilər və Çad ordusunun mütəxəssisləri axtarış işlərinə cəlb edilib.

SON XƏBƏR / KARUSEL / DÜNYA / HADİSƏ
Tarix: 18-04-2020, 10:20