mobil versiya

Bakının mərkəzində kişi benzin tökərək özünü yandırdı



Bakının mərkəzində bir kişi özünə benzin tökərək od vurub.

REPORTYOR.AZ xəbər verir ki, bu barədə “oxu.az”a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Hadisə iyunun 1-də saat 16:00 radələrində Yasamal və Səbail rayonlarının sərhədində, Qədirli küçəsində yerləşən 3 nömrəli evin yaxınlığında baş verib.

Belə ki, 1985-ci il təvəllüdlü paytaxt sakini Hüseyn Nuriyev intihara cəhd edib.

O, 5 saylı Kliniki Xəstəxananın Yanıq Mərkəzinə yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır qiymətləndirirlər.

H.Nuriyevi intihara vadar edən səbəblər barədə hələlik məlumat verilməyib. Faktla bağlı araşdırma aparılır.

SON XƏBƏR / KARUSEL / HADİSƏ
Tarix: 2-06-2020, 16:32