mobil versiya

Ayan Babakişiyeva intihara cəhd etdiyini etiraf etdi - VİDEO




Müğənni Ayan Babakişiyeva bir müddət əvvəl intihara cəhd etdiyini etiraf edib. 

REPORTYOR xəbər verir ki, ifaçı "ATV maqazin onlarla" proqramının "33 sual" rubrikasında sualları cavablandırarkən bu barədə danışıb:
Ayan ən çətin anda canına qəsd etməyə çalışdığını deyib:

"Həyatıma özüm qəsd etməyə çalışmışam. Sosial şəbəkədə ən çox sevdiyim şərh: güclü qadın. Amma insan güclü qadın olmaqdan bezir və xoşbəxt olmaq istəyir. Xəyallar qurursan, nağıllara inanırsan. Xəyalların puç olur, küncə sıxılırsan və öz varlığından, kölgəndən qorxursan. Gücün çatmır, canına qəsd edirsən. Bir səs eşidirsən, öz canından bir parça... O var və nəfəs alır. Bu, yanlış bir qərardır. Bizə bu canı Allah bəxş edib. Kimik ki, ona qəsd edək. Özünü toparlamalısan. Mənim üçün heç kimin fikri önəmli deyil. Kim haqqımda hansı şərhi verir umrumda deyil, əsas övladımın xoşbəxtliyidir".



SON XƏBƏR / KARUSEL / VİDEOXƏBƏR
Tarix: 22-06-2020, 14:15