mobil versiya

İsmayıl Babayev 20 sutkalıq həbs edildi




Ötən gün “Fairmont Baku” hotelində karantinin pozulması haqda videolar paylaşanları “işverən” adlandıran, eyni zamanda həmin hoteldə dincələn İsmayıl Babayev inzibati qaydada həbs edilib.

İ.Babayevə Səbail Rayon Məhkəməsinin qərarı ilə 20 sutkalıq inzibati həbs cəzası verilib.
Faktı Bakı Şəhər Baş Polis İdarəsindən saytımıza təsdiqləyiblər.

Xatırladaq ki, ötən gün Daxili İşlər Nazirliyi “Fairmont Baku” hotelində karantin rejimini pozan şəxsləri saxlayaraq cərimələyib. 

Məlumata görə, İ.Babayev iş adamı Fətulla Babayevin oğludur.

SON XƏBƏR / KARUSEL / GÜNDƏM / ÖLKƏ
Tarix: 6-07-2020, 14:43