mobil versiya

Vilayət Eyvazov yeni rəis təyin etdi



Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazovun əmri ilə Gəncə şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinə yeni rəis təyin edilib.

REPORTYOR.AZ bölgə müxbirinin verdiyi məlumata əsasən, bu vəzifəyə polis polkovnik-leytenantı Vilayət Allahverdiyev təyin olunub.
Yeni rəis bu gün şəxsi heyətə təqdim olunub.

Bildirək ki, V.Allahverdiyev Goranboy rayon Polis Şöbəsinin Cinayət Axtarışının rəisi vəzifəsində çalışıb.

SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 7-07-2020, 12:49