mobil versiya

8 yaşlı Həsən sizin yardımınızla həyatda qala bilər - 35 min dollar lazımdı - VİDEO




2012-ci ildə Ağcəbədi rayonunun Boyat kəndində anadan olan Həsən doğulduqdan sonra 3 ay müddətində küveyzdə qalır. Böyüdükcə Həsənin səhhətində ciddi problemlər yaranmağa başlayıb.

REPORTYOR.AZ BAKU.TV-yə istinadla xəbər verir ki, həkimlər onda buronxopulmonal displaziya, buronxloqin displaziya və ağciyər çatışmazlığı olduğunu bildirirlər. İlk olaraq valideynlər Türkiyəyə, Mərmərə Eğitim və Araşdırma universistetinə üz tutublar.

Burada müayinə zamanı məlum olub ki, Həsəndə xroniki ağciyər xəstəliyi buronxopulmonal displaziya və nəfəs yolunda darlıq var. Həsən qiaqnozdan sonra indiyədək mərhələli şəkildə müalicə olunur. 2 dəfə qapalı əməliyyat keçirib. Artıq ailənin maddi vəsaiti tükənib. Əsas əməliyyat üçün isə böyük məbləğdə pul tələb olunur.

İstanbul şəhərindəki Amerika klinikasındakı həkimlər bildirib ki, Həsənin əməliyyatı çox risklidir. Nənəsi xatun xanım deyir ki, əməliyyat gecikdikcə xəstəliklə bağlı vəziyyət daha da pisləşməyə doğru gedir.

Həsənin anası Lamiyə Mehrəliyeva deyir ki, bu günə kimi nələri var, hamısını övladlarının sağlamlığı yolunda xərcləyiblər.

Həsən nəfəs testindən keçə bilmədiyindən 3 aylıq müalicə kursu yazılıb. Müalicədən sonra Həsən əməliyyat oluna bilər və əməliyyatdan sonra belə 14 yaşına qədər müalicə olunmalıdır. Bu əməliyyat üçün isə minumum 20 min dollar, ümumi olaraq hər iki əməliyyata 35 min dollar məbləğində pul tələb olunur.

Ümid edirik ki, xeyrsevər insanlar 8 yaşlı Həsəndən öz yardım əllərini əsirgəməyəcəklər.



SON XƏBƏR / KARUSEL / SOSİAL
Baxılıb: 274 Tarix: 10-07-2020, 10:50


Şərh bildir
yenilə, əgər kod görünmürsə