mobil versiya

Moskvada azərbaycanlıların restoranına hücum - VİDEO




Rusiyanın paytaxtı Moskva şəhərinin cənub-şərqində yerləşən azərbaycanlılara məxsus restorana bir qrup təcavüzkar hücum çəkib.

REPORTYOR.AZ xəbər verir ki, bu barədə "Vesti.ru" məlumat yayıb.

Hadisə iyulun 24-də yerli vaxtla səhər saat 04:00 radələrində Bratislava küçəsində yerləşən "1001 gecə" restoranında baş verib.

Restorana hücum anı təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.

Görüntülərdə bir qrup şəxsin dəyənəklərlə restorana daxil olduqları, bir nəfərə xəsarət yetirmələri öz əksini tapıb.





SON XƏBƏR / KARUSEL / GÜNDƏM
Tarix: 24-07-2020, 18:40