mobil versiya

“Həm "Evdə qal" deyirsiz, həm də işləmək istəmirlər deyirsiz” – Sahil Babayevin müavininə CAVAB



"Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyevi tənqid edib.

REPORTYOR.AZ-ın xəbərinə görə, Ş.Xuduoğlu A.Əliyevin “Vətəndaşlar işləmək əvəzinə daha çox 190 manat üçün müraciət edirlər” fikrinə etiraz olaraq deyib ki, 5 aydır insanları işləməyə qoymurlar.

“Cəmi 2 ayın 190 manatını verdiniz, əvəzində yarıdan çoxunu cərimə kimi geri aldınız. Həm “Evdə qal” deyirsiz, həm də işləmək istəmirlər deyirsiz. Bu necə olsun? Adamları evə həbs etməklə minlərlə insanlarımız iş yerlırini itirdi. Son əşyasını belə yaşamaq üçün evindən satanlar var. Bunları kimsə görməyə bilər amma siz gərək görəsiz. Niyə adamlar vəzifəyə gedəndə empatini, insanlığı düşürüb itirirlər?!” – naşir qeyd edib.
SON XƏBƏR / KARUSEL / GÜNDƏM / ÖLKƏ
Tarix: 5-08-2020, 01:34