mobil versiya

Livandakı partlayış zamanı “Palmali” gəmisinə ziyan dəyib



Livanın paytaxtı Beyrutda baş vermiş güclü partlayış nəticəsində həmin vaxt Beyrut limanında "Palmali Holding"ə məxsus "Kapitan Nagdaliyev” gəmisi də olub,  bu barədə "Palmali” Şirkətlər Qrupunun sözçüsü Fidan Quliyeva məlumat verib.

"Palmali” şirkətinə məxsus gəminin heyət üzvləri arasında xəsarət alan və ölən yoxdur. Güclü partlayış nəticəsində gəmiyə ziyan dəyib. "Kapitan Nagdaliyev” gəmisinin 12 heyət üzvü sahilə çıxarılıb. "Palmali” şirkəti gəminin heyəti ilə mütəmadi əlaqə saxlayır”, - deyə Quliyeva bildirib.



SON XƏBƏR / KARUSEL / HADİSƏ
Tarix: 5-08-2020, 09:45