mobil versiya

ÜST rəhbəri COVID-19-un nə vaxt bitəcəyini açıqlayıb




ÜST rəhbəri COVID-19-un nə vaxt bitəcəyini açıqlayıb

...İki ildən az müddətdə pandemiyanın bitəcəyinə ümid edirik

Bakı, Gülnarә Quliyeva, İnteraz - 22 Avqust 2020, 09:12

Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adanom Qebreyesus cümə günü Cenevrədə keçirilən brifinqdə COVID-19 və 1918-ci ildəki “ispan qripi” epidemiyası ilə bağlı vəziyyəti müqayisə edərək mövcud pandemiyanın bitmə tarixini qiymətləndirib.

 
İnterAz bildirir ki, bu barədə “RİA Novosti” xəbər verib.

“Hazırkı dönəmdə daha çox texnologiyalar mövcuddur. Virus sürətli yayılır, ancaq onu dayandırmaq üçün texnologiyamız var. Buna görə iki ildən az müddətdə bu pandemiyanın bitəcəyinə ümid edirik”, - deyə baş direktor qeyd edib.  

ÜST-nin ən son məlumatlarına əsasən, dünyada 22,2 milyondan çox yoluxma, 728 mindən çox ölüm halı qeydə alınıb.

SON XƏBƏR / KARUSEL / GÜNDƏM / DÜNYA
Tarix: 22-08-2020, 11:03