mobil versiya

Vasif Talıbovdan yeni təyinat (SƏRƏNCAM)




Sara Əzimova Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının yenidən üzvü təyin edilib.

REPORTYOR.AZ xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov sentyabrın 2-də sərəncam imzalayıb.

Sərəncama əsasən, o, 4 il müddətinə bu vəzifəyə təyin olunub.

Qeyd edək ki, Sara Əzimova bundan əvvəlki 4 il müddətində də Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının üzvü olub.
SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 2-09-2020, 15:29