mobil versiya

10 milyonluq xalqın bir bölük muzdlu döyüşçüyə ehtiyacı varmı? - Məntiqsiz erməni təxribatı




Ermənistan-Azərbaycan sərhədində, eləcə də Ermənistan tərəfindən işal olunmuş Qarabağın ətrafındakı təmas nöqtələrində son dərəcə gərginləşmiş hərbi vəziyyətlə bağlı müharibə ehtimalının artdığı bir vaxtda düşmən informasiya təxribatları törətməkdə davam edir.

Sosial şəbəkələrdə, internet resurslarında yayılan, ölkəmizə düşmən qüvvələr tərəfindən hazırlandığı şübhə doğurmayan videolentlərdə Suriya və İraq ərazisində döyüşmüş vəhhabi terrorçuların Azərbaycan ərazisinə transfer olunmasından bəhs edilir. Təxribat müəllifləri iddianın doğruluğunu isbat etmək üçün quraşdırdıqları süjetə qısa sürən videoparçalar, aydın olmayan şəkillər əlavə edir, təmiz Azərbaycan dilində (yüngül aksentlə) bu videolentə şərh verir, həmin döyüşçülərin Naxçıvana gətirildiyini bildirirlər.

Videonun səriştəsiz, diletant adamlar tərəfindən hazırlandığı bariz şəkildə ortadadır. Zatən, onlar peşəkarlığa iddia etmirlər, videonu da informasiya məkanının diqqətli istehlakçıları üçün yox, sadə, informasiyasız kütlə üçün nəzərdə tutublar.

Birincisi, Azərbaycana göndərilən "silahlılar" nədən yayın son ayındaykən qış geyimindədirlər? Özü də daha isti ölkədən gəlirlərsə...


İkincisi, Azad Suriya Ordusu öz ölkəsindəki hərbi problemləri həll edibmi ki, hələ bir başqalarına da yardım göstərsin? Üstəlik, ASO vəhhabilərdən ibarət deyil, əksinə, əsasən onlara qarşı vuruşur.  

Üçüncüsü, buna bənzər iddiaların Rusiyada ermənilərin çalışdığı media qurumlarında yer alması "xoruzun quyruğu"nu açıq-aşkar göstərir.


Dördüncüsü isə bu videonun Azərbaycan vətəndaşları tərəfindən yayılmasında məntiq yoxdur. Ölkəmizin vətəndaşları köməyə gələn qüvvələrə görə narahat olmamalıdırlar, prinsipcə.

Deməli, bu təxribat videosunu Qarabağda hərbi əməliyyatların başlanacağından narahat olan qüvvələr hazırlayıb yayırlar. Onlar PKK qüvvələrini Qarabağa gətirmələri xüsusunda yayılan informasiyaları bu cür neytrallaşdırmağı düşünürlər.



Azərbaycan xalqı düşmən təbliğatına uymamalı, bu kimi informasiyaları təxribat kimi dəyərləndirməli və öz ordusunun ətrafında sıx birləşməlidir. 10 milyonluq xalqın heç bir xarici yardıma, "legioner döyüşçülər"ə ehtiyacı yoxdur, həlledici anda səngərə 1 milyon könüllü çıxara bilər.
SON XƏBƏR / KARUSEL / GÜNDƏM
Baxılıb: 63 Tarix: 25-09-2020, 13:43



Şərh bildir
yenilə, əgər kod görünmürsə