mobil versiya

Azərbaycan dövlətinə sığınmış erməni pastor: "Burada kilsələrin dağıdılması hallarına rast gəlməmişəm"




“Mən Azərbaycan tərəfindən heç bir dini obyektlərin, kilsələrin dağıdılması hallarına rast gəlməmişəm”.

“Report” xəbər verir ki, bunu Azərbaycana əsir düşmüş Ermənistanın Gümrü şəhəri Adventist kilsəsinin pastoru Hovsep Saakyan Araratoviç deyib.

O hesab edir ki, Şuşa və digər yerlərdəki müqəddəs yerlər döyüş yerlərinə çevrilməməlidir:

“Həmin yerlərdə imanlı insanlar olurlar və öz Allahlarına dua edirlər. Müqəddəs yerlər müqəddəs olaraq da saxlanılmalıdır. Həmin yerlərin pis vəziyyətə gətirməsinə çox pis baxıram”.
SON XƏBƏR / KARUSEL / GÜNDƏM
Tarix: 6-11-2020, 12:25