mobil versiya

Azərbaycan və Rusiya FHN-ləri elektrik, qaz və rabitə xətlərinin bərpası məsələlərini müzakirə edib



Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi (FHN) Mülki müdafiə qoşunlarının komandanı İlham Abdullayev noyabrın 20-də Şuşa şəhərində Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyi Beynəlxalq fəaliyyət departamentinin rəisi Vladimir Solovyovla görüşüb.

Azərbaycan FHN-dən verilən məlumata görə, görüşdə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində humanitar məsələlər, o cümlədən elektrik enerjisi, qaz təchizatı və rabitə xətlərinin bərpası məsələləri müzakirə edilib.

Tərəflər əməkdaşlığın davam etdirilməsi məqsədilə mütəmadi əlaqə saxlanılması barədə razılığa gəliblər.

SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 20-11-2020, 14:45