mobil versiya

Ermənistana dəstək üçün Qarabağa gedən yunan idmançı ölüb - FOTO



Dağlıq Qarabağda gedən döyüşlərdə işğalçı Ermənistan ordusu sıralarında Azərbaycan ordusuna qarşı vuruşmaq üçün bölgəyə yollanmış Yunanıstan vətəndaşı olan idmançı qardaşlardan biri ölüb.

REPORTYOR.AZ “oxu.az”a istinadən xəbər verir ki, Yunan jurnalist Krikor Tsakitziyana bildirdiyinə görə, Dağlıq Qarabağda hərbi əməliyyatlar başladıqdan sonra Yunanıstandan olan qardaşlar – bu ölkənin ordusunun xüsusi təyinatlı birləşmələrində xidmət keçmiş idmançılar Ermənistana üz tutub.

Onlardan birinin döyüşlər zamanı öldürüldüyü qeyd olunur. Digər qardaşın isə cənazə ilə birlikdə ölkəsinə qayıdacağı bildirilir.



SON XƏBƏR / GÜNDƏM
Baxılıb: 69 Tarix: 22-11-2020, 17:08



Şərh bildir
yenilə, əgər kod görünmürsə